Okt 22, 2022 14:18 Asia/Baku
  • Ukrayna savaşında İran PUA-larından istifadə rədd olunub

Rusiyanın BMT-dəki səfiri və daimi nümayəndəsi Ukrayna savaşında İran PUA-larından istifadə iddiasını rədd edib.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika Ukrayna müharibəsi başlanandan bəri bu ölkəyə on səkkiz milyard dollara yaxın hərbi təchizat göndərdiyi bir halda, çoxdandır, İranı, Rusiyaya pilotsuz uçuş aparatları göndərməkdə ittiham edir.

Rusiyanın BMT-dəki səfiri və daimi nümayəndəsi Vasili Nebenzya cümə günü axşam BMT Təhlükəsizlik Şurasının yığıncağında Moskvanın/ Qərbin/ Rusiyanın İrandan pilotsuz satın almaq barədəki qeyri-düzgün informasiyasını rədd etdiyini deyib. Bildirib ki, BMT-nin Ukraynada pilotsuzlardan istifadəyə dair təhqiqat qrupu göndərməyə haqqı çatmır.

Nebenzyanın çıxışından qabaq Amerikanın BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini Qərbin İran əleyhinə media kampaniyasının davamında iddia edibdir ki, İran Rusiyaya PUA təqdim edib və bu hərəkət Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozur.

Qərbin İran əleyhinə media kampaniyasının davam etməsi fonunda qeyd edək ki, İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir-Səid İrəvani cümə axşamı günü bu təşkilatın baş katibi Antonio Quterreşə məktubda Ukrayna savaşı ilə bağlı 2231 saylı qətnamədən hər hansı sui-istifadənin və İran barədəki əsassız iddiaların qarşısını almasını istəmişdi.

Teqlər