Okt 29, 2022 17:35 Asia/Baku
  • Əmir Abdullahiyan: Kiyev avropalı siyasətçilərin təsirinə düşməməlidir

İranın xarici işlər naziri ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığında Qərb ölkələrinin Ukraynaya qarşı istifadə üçün Rusiyaya pilotsuz təyyarələr göndərməsi ilə bağlı iddialarını bir daha rədd edərək, bildirib ki, Ukrayna bəzi ifratçı avropalı siyasətçilərin təsirinə düşməmək üçün diqqətli olmalıdır.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahiyan Ukrayna müharibəsində İranın pilotsuz təyyarələrinin istifadəsi ilə bağlı iddiaları qəti şəkildə rədd edərək, vurğulayıb: "İran İslam Respublikası səkkiz illik tətbiq edilmiş müharibəni geridə qoyub və bu səbəbdən Ukrayna, Yəmən və sayirə ölkələrdə müharibəyə qarşıdır".

"Bizim Rusiya ilə yaxşı münasibətlərimiz var və keçmişdən müdafiə sahəsində əməkdaşlığımız olub, lakin Ukraynadakı müharibə ilə bağlı siyasətimiz [hər iki] ölkənin ərazi bütövlüyünə hörmət etmək, döyüşən tərəflərə silah göndərməmək və müharibəyə və insanların didərgin düşməsinə son qoymağa çağırmaqdır", - deyə, o qeyd edib.  

Əmir Abdullahian İranın iki ölkənin hərbi ekspertlərinin iştirakı ilə və heç bir vasitəçinin iştirakı olmadan texniki görüşlər keçirməyə hazır olduğunu vurğulayıb.

Ukraynanın xarici işlər naziri də öz növbəsində İranın Ukraynadakı müharibəyə silah göndərməməsi ilə bağlı mövqeyini yüksək qiymətləndirib.

Kuleba iki ölkənin nümayəndə heyətləri arasında texniki hərbi danışıqların aparılmasının vacibliyini vurğulayıb.

O, ölkəsinin heç vaxt başqalarının təsiri altında hərəkət etməyəcəyini söyləyib.

Teqlər