Kənani İngiltərənin xarici işlərinə xitabən:
Siz İrana qarşı işləyən müharibə otağını dəstəkləyirsiniz
İran Xarici İşlər Nazirliyinin sözçüsü İngiltərə xarici işlər nazirinin azad və dürüst jurnalistika ilə bağlı açıqlamalarına cavab olaraq, vurğulayıb: "Cənab nazir; Siz bu yalançı şüarlarla İran xalqına qarşı döyüş otağına rəsmən dəstək verirsiniz".
SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani çərşənbə günü Tvitterdə yazıb: "İranın təhlükəsizliyinə və millətinə qarşı zorakılıq və iğtişaşları sərbəst şəkildə təşviq edən bir xəbər şəbəkəsinə ev sahibliyi edən və dəstəkləyən bir rejimin xarici işlər naziri iddia edir ki, Britaniya hökuməti “azad və dürüst jurnalistikanın əhəmiyyətinə inanılmaz dərəcədə ciddi yanaşır".
İran rəsmisi əlavə edib: "Cənab nazir, siz bu yalançı şüarlarla İran millətinə qarşı işləyən döyüş otağına rəsmi dəstək verirsiniz".
Britaniyanın xarici işlər naziri Ceyms Kleverly Səudiyyə Ərəbistanına məxsus "Əl-Şərq Əl-Övsət" qəzeti ilə müsahibədə müdaxiləçi açıqlamaların davamında bu ölkədə yerləşən və son iki ayda müdaxiləçi və saxta xəbərlər yayaraq, İrandakı iğtişaşları qızışdırmaqla məşğul olan farsdilli mediyaya dəstək verərək, deyib: "Britaniyadakı insanların təhlükəsizliyi bizim üçün son dərəcə əhəmiyyətlidir və Britaniya hökuməti azad və dürüst jurnalistikanın əhəmiyyətinə inanılmaz dərəcədə ciddi yanaşır".
Bundan əvvəl Britaniya Xarici İşlər Naziri İranda baş verən son iğtişaşlardan sonra iğtişaşçıları dəstəkləmişdi. Bununla bağlı bu ölkə İranın bir sıra rəsmi və qurumlarına qarşı da sanksiyalar tətbiq edib.