Ekspert İranın Cənubi Qafqazda tarixi sərhədlərlə bağlı mövqeyini müdafiə etdi
Bəhram Əmirəhmədiyan: İranın mövqeyi prinsipial və qanunidir
Avrasiya məsələləri üzrə ekspert bildirib ki, İranın Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsinə qarşı çıxmasını prinsipial və qanunidir.
SəhərAzəri-nin məlumatına əsasən, Bəhram Əmirəhmədyan Azərbaycan prezidentinin İranla bağlı son açıqlamalarına münasibət bildirərəkən deyib: “İlham Əliyevin İranın Cənubi Qafqazdakı regional rolu ilə bağlı mövqeyi hüquqi baxımdan qəbuledilməzdir. Çünki Tehranın Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı heç bir iddiası yoxdur və eyni zamanda, İranla Ermənistan arasında sərhəd xətlərində hər hansı dəyişikliyə və İranın Ermənistanla quru əlaqəsinin kəsilməsinə icazə vermir.”
Ekspert bu bölgədəki münaqişələrin tarixinə toxunaraq əlavə edib ki, 2020-ci ildə ikinci Qarabağ müharibəsindən sonra İran və Azərbaycan arasında münasibətləri araşdırmaqla aydın olur ki, Tehran Azərbaycan Respublikasının ərazi bütövlüyünü hər zaman ən yüksək səviyyədə müdafiə edib.
O vurğulayıb: “Son gərginliklərin kökünü Azərbaycan Respublikası ilə Ermənistan arasında atəşkəs bəyanatında axtarmaq lazımdır. Çünki, bu bəyanatın 9-cu bəndini Bakı və Türkiyə yanlış başa düşürlər. Bu bəndə əsasən, bölgədə bütün iqtisadi və nəqliyyat fəaliyyətləri maneəsizdir”.
Ekspert qeyd edib ki, Ermənistanın cənubundan keçən kommunikasiya xətləri Ermənistan hökumətinin nəzarəti və icazəsi altında olacaq. Halbuki, Azərbaycan Respublikasının iddiası beynəlxalq sərhədlərin açıq şəkildə pozulmasıdır və bunun İranın reaksiyası ilə üzləşməsi təbiidir.
İranın Ermənistanla sərhədinin bağlanmasına icazə verməyəcəyini rəsmi şəkildə bildirməsinə diqqəti çəkən ekspert deyib: “İranın mövqeyi düzgün və qanunidir. İslam Respublikası həmişə öz qonşuları ilə yaxşı münasibətlərin tərəfdarıdır.”