Fev 04, 2023 18:12 Asia/Baku
  • “İran və Azərbaycan xalqlarını bir-birindən ayırmaq mümkün deyil”

Təbriz şəhərinin imam cüməsi Əliyev rejiminin avantüralarına münasibət bildirib.

Höccətül-İslam Seyid Məhəmmədəli Ali-Haşim Azərbaycan prezidentinin heç bir dəlil və sübut olmadan səfirliyə qarşı şəxsi motiv əsasında həyata keçən məlum hücumu terror aktı kimi qələmə verməsini qəbuledilməz məsələ adlandırıb.

Onun sözlərinə görə, İran dövləti iki ölkə arasındakı əlaqələrə önəm verdiyinə xatir ən yüksək səviyyədə reaksiya verdi və səfirlik işçilərinin iztirabını azaltmaq üçün lazımi tədbirləri gördü. Amma təəssüflər olsun ki, Azərbaycan Respublikası hökuməti tərəfindən silahlı basqın hadisəsinə tələsik reaksiya verildi, bu hadisə ilkin olaraq araşdırılmalı idi, lakin bunu etmədilər və səfirliyi təxliyyə etdilər.

Təbrizin imam cüməsi vurğulayıb: “Azərbaycan Cümhuriyyətinin nəcib xalqı İran xalqının, xüsusən də öz Azərbaycanımızın qəlbində yer tutub. Xalqlarımızı bir-birindən ayırmaq mümkün deyil, ümid edirik ki, bu iki müsəlman xalq tezliklə yenidən bir yerdə olacaqdır”.

 

Teqlər