Fev 09, 2023 21:41 Asia/Baku
  • Tanınmış azərbaycanlı şair Mirzə Hüseyn Kərimi Marağayi vəfat edib

İranın Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində yaşayan Mirza Hüseyn Kərimi Marağeyi fevralın 9-u səhər saatlarında vəfat edib.

SəhərAzəri-nin məlumatına əsasən, o, Marağada müalicə olunduğu "Əmir əl-Möminin" xəstəxanasında 91 yaşında bir müddət xəstəlikdən sonra dünyasını dəyişib.

Şərqi Azərbaycanın tanınmış şairi Kərimi Marağeyi 1932-ci ildə Marağa şəhərində anadan olub.

Ustad Kərimi 350 min beytdən çox sosial şeir, satirk şeir, mədhiyyə və mərsiyə şeirləri yazdığına görə, birinci dərəcəli incə sənət xadimi ordeni ilə təltif olunmuşdu. Allah rəhmət eləsin!

Teqlər