Düşmənin hibrid müharibəsi uğursuz qaldı
İran İslam Respublikası prezidenti deyib ki, İranın düşmənləri İran xalqına qarşı hibrid müharibəsi salsalar da, xalqın iradəsi düşmənlərin bütün taktikalarını zərərsizləşdirib.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi bu gün İranın Buşehr viılayətinin Dəşti rayonunun əhalisi qarşısında sonra bildirib ki, bu gün İran xalqı istiqlaliyyətə, azadlığa, habelə xalqın səsinə və dini demokratiyaya əsaslanan bir quruluşa malikdir.
Rəisi qeyd edib ki, İran xalqı müxtəlif sahələrdə «Biz bacaracağıq!» şüarını həyata keçirib və iradə və əzmkarlıqla izzət və istiqlaliyyət ardıncadır.
Xalqın gücü sanksiyaları, təhdidləri və səkkizillik müharibəni məğlub etdi və dünya imperializmini heyrətə saldı- deyən Rəisi vurğulayıb ki, düşmənin İslami İranın hərbi və iqtisadi sahələrdəki inkişaf qatarını durdurmaq məqsədli hibrid savaşı uğursuz qaldı.