İran vətəndaşlarından birinə Nobel sülh mükafatının verilməsinə Tehrandan reaksiya
Nobel sülh komitəsinin hərəkəti siyasidir
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nobel sülh komitəsinin İran vətəndaşlarından birinə mükafat vermək üzrə siyasi hərəkətinə reaksiya verib.
İran İslam Respublikası BMT-nin banilərindən biri kimi, daim regional və beynəlxalq səviyyələrdə sülhün eynilə reallaşmasına təkid edib və daima sülh mədəniyyətinin gücləndirilməsinə ciddi-cəhd göstəribdir. Amma heç vaxt sülhdən və onun reallaşmasından sui-istifadə edilməsini istəmir- deyə, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb.
Nasir Kənani əlavə edib: Hazırda Nobel sülh komitəsinin/ cinayət əməlləri törətdiyinə və qanunları ardıcıl surətdə pozduğuna görə məhkum olunmuş bir şəxsə sülh mükafatı verməsinin şahidiyk və biz bunu pisləyirik.
Nobel sülh komitəsinin hərəkəti/ bu komitənin qərargahının yerləşdiyi dövlət də daxil olmaqla bəzi Avropa dövlətlərinin anti-İran və müdaxilə mahiyyətli siyasət istiqamətində həyata keçirdikləri siyasi bir hərəkətdir. Bu hərəkət, Nobel sülh komitəsindən bir vasitə kimi istifadə və onun ilkin məqsədlərindən məyusedici şəkildə yayınmadan xəbər verir.