Şəhid general Süleymani beynəlxalq sülhün ən layiqli simvoludur
https://azeri.sahartv.ir/news/İran-i404253-Şəhid_general_süleymani_beynəlxalq_sülhün_ən_layiqli_simvoludur
İran xarici işlər naziri Nobel sülh komitəsinin siyasi hərəkətinə reaksiyada vurğulayıb ki: Beynəlxalq sülhün ən layiqli simvolu, iyirmi il terrorizm və ən qəddar cinayətkarlarla mübarizə aparıb, region və dünyanın təhlükəsizliyini təmin edən fədakar general idi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 07, 2023 10:48 Asia/Baku
  • Şəhid general Süleymani beynəlxalq sülhün ən layiqli simvoludur

İran xarici işlər naziri Nobel sülh komitəsinin siyasi hərəkətinə reaksiyada vurğulayıb ki: Beynəlxalq sülhün ən layiqli simvolu, iyirmi il terrorizm və ən qəddar cinayətkarlarla mübarizə aparıb, region və dünyanın təhlükəsizliyini təmin edən fədakar general idi.

Hüseyn Əmir-Abdullahiyan «X» sosial şəbəkəsində yazıb: İran və İraqda şəhid Hacı Qasım Süleymaninin dəfn mərasimində onlarla milyon nəfərin iştirakı və dünya xalqlarının həmrəylik nümayiş etdirmələri, tarixdə ən əzəmətli və ən ölməz sülh mükafatının verilməsi idi.

Norveçin Nobel komitəsi cümə günü bildirdi ki, özünün 2023-cü il mükafatını Nərgiz Məhəmmədiyə verəcək.

Nərgiz Məhəmmədi 1388-ci günəş ilində törədilən fitnə zamanı Şirin İbadinin başçılıq etdiyi üzdəniraq insan hüquqları müdafiəçiləri mərkəzində İran xalqının maraqlarına zidd və bu xalqa qarşı, həmçinin insan hüquqlarına zidd fəaliyyətlər göstərdiyinə görə, öncə onun ölkədən çıxmasına qadağa qoyuldu, sonra- 1389-cu günəş ilinin xordad ayında isə həbs edildi.

O, 1400-cü günəş ilinin xordad ayında da «İran İslam Respublikası quruluşuna qarşı təbliğat aparmaq», «həbsxana ofisində piket keçirmək», «həbsxana başçısı və məsul şəxslərinə tabe olmamaq», «şüşələri sındırmaq» və «iftira atmaq» ittihamları ilə məhkum və yenidən həbs edildi.

Belə bir halda, bir ölkənin qanunlarına əsasən, cinayətkar və məhkum edilmiş hesab olunan və hazırda həbsxanada öz məhkumluq dövrünü keçirməkdə olan bir şəxsə Nobel sülh mükafatının verilməsinə insan hüquqları anlamını siyasiləşdirməkdən və müdaxilə mahiyyətli addım atmaqdan başqa bir ad vermək olmaz.