Rəisi İƏT azad zonasının yaradılması üçün lazımi addımların atılmasını istəyib
https://azeri.sahartv.ir/news/İran-i405289-rəisi_İƏt_azad_zonasının_yaradılması_üçün_lazımi_addımların_atılmasını_istəyib
İran İslam Respublikası prezidenti İƏT-in 16-cı sammiti zamanı İƏT azad ticarət zonasının yaradılmasının və Qəzzə xalqına dəstəyin vacibliyini vurğulayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 09, 2023 17:15 Asia/Baku
  • Rəisi İƏT azad zonasının yaradılması üçün lazımi addımların atılmasını istəyib

İran İslam Respublikası prezidenti İƏT-in 16-cı sammiti zamanı İƏT azad ticarət zonasının yaradılmasının və Qəzzə xalqına dəstəyin vacibliyini vurğulayıb.

Tacikistan, Özbəkistan, Türkmənistan, İran və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə 8-9 noyabr tarixlərində Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatı İƏT-in 16-cı sammiti keçirilir.

Seyid İbrahim Rəisi bu sammitdə etdiyi çıxışında region daxili ticarətin ravan axınını uğurlu regional yaxınlaşma və uğurlu iqtisadi qarşılıqlı fəaliyyət üçün ilkin şərt adlandırıb.

İran prezidenti bəyan edib ki, İƏT azad ticarət zonasının yaradılması ilə bağlı "Eko Vision 2025"də əks olunan göstərişlərin həyata keçirilməsi üçün mühüm və təsirli addım atılmalıdır. 

Rəisi əlavə edib: "İnkişaf etməkdə olan iqtisadiyyatlar və inkişaf etməkdə olan ölkələr yeni dünya nizamının əsasının qoyulmasında hər zamankindən daha çox rol oynamağa qadirdirlər".

İran prezidenti qeyd edib ki, ölkələr arasında regional və çoxtərəfli iqtisadi əməkdaşlıq şəbəkəsi bu məsələdə kömək edə bilər. Bu baxımdan, şübhəsiz ki, İƏT və onun regionumuzdakı əməkdaşlıq mexanizmləri danılmaz imkanlara malikdir və bu imkandan yararlanmaq üçün əlavə səy və enerji sərf etmək lazımdır.

Rəisi çıxışının sionist rejimin cinayətləri və Qəzzənin məzlum və qüdrətli xalqına dəstəklə bağlı olan hissəsində çıxışını bir neçə dəqiqə dayandırıb və iştirakçılardan Qəzzə şəhidlərinin ruhu üçün Fatihə surəsini oxumağı xahiş edib. 

İran İslam Respublikası prezidenti deyib: "Elə bir zamanda bir araya gəlmişik ki, bir aydan çoxdur ki, Qəzzə xalqı qəsbkar və irqçi İsrail rejimi tərəfindən ən ağır bombardmanlara məruz qalıb. Və bu müddət ərzində mövcud beynəlxalq sistem, o cümlədən BMT Təhlükəsizlik Şurası; sionist rejimin bu qədər barbar cinayətləri qarşısında gücsüzdür və uğursuzluğa düçar olmuşdur.