Okt 23, 2024 10:45 Asia/Baku
  • İran və Hindistanın hökumət başçıları Kazanda biraraya gəlib

Pezeşkiyan: Münaqişənin yayılmasının qarşısını almağa çalışırıq

İran İslam Respublikasının prezidenti bu dövlətin mesaj və hərəkətinin sülh və dostluğun genişləndirilməsi, sionist rejimin mesaj və hərəkətinin isə cinayət, qətl və müharibə olduğunu bəyan edərək deyib ki, rəsmi Tehran regionda gərginliyin və münaqişənin yayılmasının qarşısını almağa çalışır.

Bu məlumata əsasən, BRİKS qrupunun 16-cı sammitində iştirak etmək üçün Kazana səfər edən doktor Məsud Pezeşkiyan Hindistanın baş naziri Narendra Modi ilə görüşündə bunları söyləyib.

Görüşdə İran İslam Respublikasının prezidenti və Hindistanın baş naziri ikitərəfli əlaqələrin genişləndirilməsi yolları, həmçinin regional hadisələri müzakirə ediblər, regionda münaqişələrin dayandırılmasının və insan hüquqları sahəsində ikili standartların tətbiqinə yol verilməməsinin zəruriliyini vurğulayıblar.

Söhbət zamanı Hindistanın baş naziri də İrana səfəri əsnasında İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşünə işarə edərək, öz səfərini yaddaqalan adlandırıb, doktor Pezeşkiyandan onun salamlarını Ali Məqamlı Rəhbərə çatdırmağı xahiş edib. Baş nazir deyib: “Sizin prezidentliyiniz dövründə İranla əməkdaşlığı genişləndirmək Hindistanın gözləntisi və arzusudur.”

Qəzzə və Livanda günahsız insanların qətliam edilməsinin qəbuledilməz olduğunu bəyan edən Modi qeyd edib ki, insan haqları sahəsində ikili standartlar olmamalıdır.

 

Teqlər