Əgər düşmənlər yenidən hərbi yola əl atsalar, daha sərt cavabla üzləşəcəklər
https://azeri.sahartv.ir/news/İran-i423380-Əgər_düşmənlər_yenidən_hərbi_yola_əl_atsalar_daha_sərt_cavabla_üzləşəcəklər
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İran İslam Respublikasının özünü müdafiə etməyə, eyni zamanda diplomatiya yolunu davam etdirməyə hazır olduğunu bildirərək, bəyan edib ki, əgər düşmənlər yenidən hərbi qarşıdurma yolunu seçsələr, İran özünü daha güclü müdafiə edəcək və daha sərt cavabla üzləşəcəklər.
(last modified 2026-10-04T13:58:34+00:00 )
Okt 04, 2026 17:51 Asia/Baku
  •  Əgər düşmənlər yenidən hərbi yola əl atsalar, daha sərt cavabla üzləşəcəklər

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İran İslam Respublikasının özünü müdafiə etməyə, eyni zamanda diplomatiya yolunu davam etdirməyə hazır olduğunu bildirərək, bəyan edib ki, əgər düşmənlər yenidən hərbi qarşıdurma yolunu seçsələr, İran özünü daha güclü müdafiə edəcək və daha sərt cavabla üzləşəcəklər.

İranın xarici işlər naziri Seyid Abbas əraqçi Tehranda fəaliyyət göstərən xarici ölkələrin səfirləri, diplomatik missiya nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşündə qeyd edib ki, İran həm özünü müdafiə etməkdə, həm də diplomatiyanı irəli aparmaqda qətiyyətli və ciddidir.Əraqçi əlavə edib: "Əgər düşmənlərimiz yenidən hərbi qarşıdurma yolunu seçsələr, keçmişdəkindən qat-qat daha sərt cavab alacaqlar. Lakin onlar diplomatiyaya üstünlük versələr, İran İslam Respublikası diplomatiya və danışıqlar vasitəsilə münaqişəyə son qoyan şərəfli və ədalətli həll yoluna nail olmağa hazırdır". İran xarici işlər naziri Nyu-Yorkda keçirdiyi görüşlərə də toxunaraq, müxtəlif ölkələrin İranın nümayəndə heyəti ilə görüşməyə və Tehranın mövqeyi və planları ilə tanış olmağa göstərdiyi marağın əhəmiyyətli dərəcədə yüksək olduğunu bildirib.Əraqçi davamında deyib: "Bəzi dairələrin İranı Nyu-Yorkda təcrid olunmuş ölkəyə çevirmək barədə təsəvvürləri tamamilə boşa çıxdı. İran Nyu-Yorkda nüfuzlu və beynəlxalq ictimaiyyət tərəfindən hörmət edilən bir ölkə kimi öz rolunu ifa etdi və rasional mövqe tutduğunu və həm müharibə, həm də sülh üçün həll yollarına malik olduğunu nümayiş etdirdi."