İran ağır peykdaşıyıcıların inkişafi yolunda:
“Qoqnus” yoldadır, “Qaim-105”in yaxında sınağı keççiriləcək
İranın Kosmik Agentliyinin sədri yeni nəsil ağır peykdaşıyıcı olan “Qoqnus”un hazırlanması və “Qaim-105” peykdaşıyıcısının yaxın vaxtlarda suborbital sınaqlarına başlanacağını açıqlayıb.
İranın Kosmik Agentliyinin sədri Həsən Salariyə son iki ildə bu sənayenin əldə etdiyi nailiyyətləri nəzərdən keçirərkən bildirib ki, “Simurq” peykdaşıyıcı raketinin təkmilləşdirilmiş modeli sınaqlarını uğurla başa vurub. Hazırda onun daha yeni və təkmil nəsli olan “Qoqnus” adlı peykdaşıyıcı İran Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanır.Həsən Salariyə əlavə edib: ““Qoqnus” bir tona qədər ağır faydalı yükləri Yerin aşağı orbitinə çıxarmaq imkanına malik olacaq“.O, “Qaim” peykdaşıyıcısının daha ağır versiyalarının hazırlanmasına toxunaraq, qeyd edib ki, “Qaim-100”ün texnologiyası sabitləşdirildikdən sonra “Qaim-105” və “Qaim-120” kimi daha ağır versiyaların hazırlanması SEPAH-ın Aerokosmik Qüvvələri tərəfindən həyata keçirilir.Onun sözlərinə görə, çox yaxın zamanda “Qaim-105” peykdaşıyıcısının suborbital sınaqlarına başlanması gözlənilir.