Hörmüz boğazının cənubunda qaydaları pozan iki tanker partlayıb və alovlanıb
https://azeri.sahartv.ir/news/İran-i423894-hörmüz_boğazının_cənubunda_qaydaları_pozan_iki_tanker_partlayıb_və_alovlanıb
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Hərbi Dəniz Qüvvələri bildirib ki, bu gün səhər saatlarında Hörmüz boğazının cənubunda, qaydaları pozan iki neft tankerində partlayış və yanğın baş verib.
(last modified 2026-11-16T08:44:57+00:00 )
Noy 14, 2026 12:42 Asia/Baku

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Hərbi Dəniz Qüvvələri bildirib ki, bu gün səhər saatlarında Hörmüz boğazının cənubunda, qaydaları pozan iki neft tankerində partlayış və yanğın baş verib.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri elan edib: Bu gün səhər saatlarında radar və mövqe təyinetmə sistemlərini söndürərək, icazə verilməyən marşrutla Hörmüz boğazından gizli şəkildə keçməyə cəhd göstərən iki neft tankeri dəniz minalarına çırpılıb. Nəticədə gəmilərdə partlayış baş verib və yanğın yaranıb.Məlumata əsasən, bu gəmilərdən biri supertanker olub və yüksələn alovlar bütün gecə boyunca Hörmüz boğazının cənub sahillərini işıqlandırıb.Gəmi sahiblərinə və gəmiçilik şirkətlərinə xəbərdarlıq edilib ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin "Hörmüz boğazından keçidə nəzarət mərkəzi" ilə koordinasuya aparmadan və İranın boğazla bağlı müəyyən etdiyi qaydalara məhəl qoymadan Hörmüz boğazından keçməyə yönəlmiş istənilən cəhd oxşar aqibətlə üzləşəcək.