Noy 28, 2022 13:31 Asia/Baku

"Iran International" televiziya kanalının İrandakı əsas nümayəndəsi həbs edilib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Həmzeyi Seyyidü-Şühəda Qərargahının ictimaiyyətlə əlaqələr bürosu açıqlama yayıb.

Bildirilir ki, İran Təhlükəsizlik Nazirliyinin əməkdaşları İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində "Iran International" terror mediasının əsas şəbəkə rəhbərini müəyyən edərək, həbs edib.

Qeyd olunub ki, şəhərdə baş verən iğtişaşlardan sonra kiberməkanda çoxsaylı çağırışlar etməklə və başqalarını anti-təhlükəsizlik tədbirləri görməyə təhrik etməklə təxribat törətmək və şəhərin ictimai təhlükəsizliyinə xələl gətirmək niyyətində olan İran İnternational terror mediasının əsas nümayəndəsi mürəkkəb əməliyyat nəticəsində həbs edilib.

İranın Kəşfiyyat Nazirliyi bu yaxınlarda Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi “İran İnternational” peyk şəbəkəsini terror təşkilatı kimi tanıyıb.

Teqlər