O zaman hamı qayıdar və insan bu qürbət evində tək qalar...
İmam Əli (ə) buyurur: “Əgər sizlər ölülərinizin gördüklərini görsəydiniz, qorxan halda gəzərdiniz. Allah qarşısında eşidən qulağa malik olar və Onun ardıcılı olardınız. Ancaq o şeyi ki, onlar görüblər, sizlərdən gizlidir.
Tezliklə sizinlə o şey arasında olan pərdə kənara çəkiləcəkdir”.
İmam (ə) başqa bir yerdə buyurur: “İnsanı can verəndən sonra tabuta qoyur, övladları, övladlarının övladları və qardaşlar dəstəsi əlləri və çiyinləri ilə (onu) götürər, tənhalıq və qürbət evinə və başqalarının onunla görüşmək yolu bağlı olan yerə çatdırarlar. Onu müşayiət edəndən sonra evlərinə yollanarlar. Onun ölümündən müsibət görmüş insan da ondan ayrılar və qayıtmaq yolunu tutar. O zaman onu qəbirin quyusuna qoyarlar, o halda ki, sualın və imtahanda büdrəmənin qorxusundan sakit danışar”. (Tebyan)
Bu nurani hədislərdən belə nəticə çıxartmaq olur ki, ölüm – ağrılı və əziyyətli olub, insanın dəhşətli hadisələrlə üzləşməsinə səbəb olar. İnsanı qəbrə qoyandan sonra hamı qayıdar və bu qürbət evində bir o, qalar və bir də ondan sorgu-sual edən mələklər. Ona dininə və əqidəsinə aid suallar verərlər.
İmam Əli (ə) başqa yerdə buyurur: “Sübhan Allah sizi yersiz yerə xəlq etməmişdir. Sizlərdən hər biriniz ilə behişt və cəhənnəm arasında ölümdən savayı fasilə yoxdur”.
İmam Əli (ə) həyat yoldaşını, Həzrət Peyğəmbərin (s) əziz qızını torpağa tapşırandan sonra Peyğəmbərə (s) xitab edərək buyurmuşdu: “Tezliklə qızın sənə xəbər verəcəkdir ki, ümmətin ona zülmü rəva bilmək üçün necə toplaşmışdılar. Onun başına gələnlərin hamısını ondan soruş. Bütün bu zülm o haldadır ki, sənin cəzan (ölümün) bu ümmətdən çox da uzun deyildi. Sənin xatirən ürəklərdən çıxmışdır”.
Belə görünür ki, İmam (ə) bu sözləri Peyğəmbərə (s) deyən zaman Həzrət (s) onu eşidirdi. Çünki əgər eşitməsəydi, İmam (ə) yersiz iş görmüş olardı ki, bu da ismətinə uyğun deyildir. Bu hədisdən görünür ki, bərzəx aləmində olan ruhlarla söhbət edə bilənlər var.
/Deyerler.org/