Apr 09, 2016 16:10 Asia/Baku
  • Rəcəb ayı istiğfar və tövbə dövrüdür

Rəcəb ayı istiğfar və tövbə dövrüdür

İmam Sadiqdən (ə) nəql edilən bir hədisdə deyilir ki, Rəsul-Əkrəm (s) buyurub: "Rəcəb mənim ümmətim üçün bağışlanmaq ayıdır. Bu ayda istiğfar edin (tövbə edin və bağışlanmaq diləyin), çünki Haqq-təala bağışlayan və rəhmlidir. Rəcəb ayına "asabb" da (dolu, mükəmməl) deyilir, çünki bu ayda mənim ümmətimin üzərinə çox rəhmət yağar. O halda bu zikri çox söyləyin:

"Əstəğfirullahə və əsəluhut-təvbə." (Allahdan bağışlanma və tövbə diləyirəm).

İbn Babəveyh, Salimdən belə rəvayət etmişdir: "Rəcəb ayının sonuna bir neçə gün qalmış İmam Sadiqin (ə) yanına getmişdim. Məni görən kimi belə buyurdu: "Ey Salim! Bu ayda oruc tutdunmu?"

"Xeyr vallah" dedim, ey Rəsulullahın oğlu!

İmam (ə) belə buyurdu: "O qədər savab itirmisən ki, miqdarını ancaq Allah (c) bilər. Bu, Allahın üstün etdiyi və hörmətini ucaltdığı bir aydır. Bu ayda oruc tutanlara ikram və bağışlamağı özü vacib etmişdir.

Salim deyir: "Ey Rəsulullahın oğlu, mən əgər rəcəb ayının qalan günlərini oruc tutsam, bu ayda oruc tutanların savabının bir qisimini əldə etmiş olaram - deyə soruşduğumda O belə buyurdu:

- Ey Salim! Kim bu ayın axırında bir gün oruc tutsa, ölüm anındakı narahatlıqlardan, ölüm sonrasının vəhşətindən və qəbir əzabından xilas olar. Kim bu ayın axırında iki gün oruc tutsa, sirat körpüsündən asanlıqla keçər. Kim bu ayın axırında üç gün oruc tutsa, qiyamət gününün böyük qorxusu, dəhşət və çətinliklərindən xilas olar və ona cəhənnəm atəşindən qurtuluş bəraəti verilər.

Teqlər