İnsan və cəmiyyət
Bəziləri yalnız özlərini düşünür və başqaları ilə heç bir işləri yoxdur.
Bəziləri rabitə yaradan sim kimi yalnız başqalarını fikirləşirlər.
Bəziləri isə həm özlərini fikirləşirlər, həm də başqalarını.
İnsanlar və yemək
Bəziləri həm yeyirlər, həm də yedizdirirlər.
Bəziləri nə yeyirlər və nə də yedizdirirlər.
Bəziləri yemirlər, lakin yedizdirirlər.
Hansının daha yaxşı olduğunu bilirsən?
İnsanlar və pisliklər
İnsanlar pis işlərə münasibətdə bir neçə qrupa bölünürlər:
Bəziləri laqeyiddirlər və fəsadla, cəmiyyətin islahatı ilə heç bir işləri yoxdur.
Bəziləri fəsadı və pislikləri yayırlar.
Bəziləri isə günəş tək aləmi işıqlandırır və pislikləri məhv edirlər.
Ya Rəbb! Bizi də bu sonuncu qrupa aid et.
İnsanlar və ağaclar
Bəziləri yaşıl və şad ağaclar kimidirlər.
Bəziləri səmərəsiz və zərərli ağaclar kimidirlər.
Bəziləri sarmaşıq kimi dolaşıq insanlardır.
Sən də özünü səmərəli ağaclardan et!
İnsanlar və xeyir iş
Bəziləri xeyirxahdırlar və daim başqalarının çətinliklərini həll etmək fikrindədirlər.
Bəziləri xeyirsizdirlər və başqalarının çətinliklərini aradan qalxızmaq üçün ən kiçik işi belə görmürlər.
Bəziləri nəinki xeyirxah deyillər, hətta başqalarının xeyir işlərinə mane olurlar və daim, xeyir işlər görən şəxslər üçün problemlər yaradırlar.
Sən də başqalarının çətinliklərini həll edənlərdən ol.
İnsanlar və günah
Bütün insanları təqva və paklıq, ibadət və düzlük, günah və özbaşınalıq, üsyankarlıq baxımından üç qrupa ayırmaq olar.
Bir qrup insanlar daim Allaha ibadət və bəndəlik fikrindədirlər. Bu insanlar çox az hallarda günah fikrinə düşürlər və əgər günah etmiş olsalar, dərhal peşman olub, tövbə edirlər.
Digər bir qrup ibadətlərə və vaciblərə ciddi yanaşırlar, lakin günahdan çəkinmirlər və öz nəfslərinə tam hakim deyillər. Belə insanların hər gün dəfələrlə günaha düçar olub, vaxtlı-vaxtsız istiğfar edib, bağışlanmaq diləmələri mümkündür.
Üçüncü qrupa aid olan insanlar heç zaman ibadət və təqva haqqında düşünmürlər və daim günah vadisində gəzib-dolaşır, həmişə üsyankarlıqla məşğul olur, heç zaman üzrxahlıq və tövbə etmirlər.
İlahi! Bizi bir an belə özbaşına buraxma.
İnsan və bilik
Həzrət Əli (ə) buyurdu: İnsanlar elmlə bağlı üç qrupa bölünürlər:
İlahi alimlər;
Qurtuluş üçün elm öyrənən tələbələr;
Hər bir səsin dalınca gedən və hər bir küləklə hərəkət edən cahillər və axmaqlar; O insanlar ki, elm nuru ilə işıqlanmayıblar və heç bir möhkəm sütuna arxalanmayıblar. (“Nəhcül-bəlağə”, tərcümeye Ayətullah Məkarem Şirazi, c.3, hikmətli sözlər, 247)
İnsan və ağıl
Hikmət sahibi olan birindən nəsihət verməsini istəyirlər. Deyir: İnsanlar dörd qrupa ayrılırlar:
Bir qrup insanlar bilirlər və bildiklərini də bilirlər. Onlardan bilik öyrənin.
Digər bir qrup o insanlardırlar ki, bilirlər, lakin bildiklərini bilmirlər; Onlar unutqanlılardır, yadlarına salın.
Üçüncü qrup onlardır ki, bilmirlər və bilmədiklərindən xəbərdardırlar, onlara öyrədin.
Dördüncü qrup o insanlardan ibarətdir ki, bilmirlər və bilmədiklərindən xəbərdar deyillər. Onlar cahildirlər. Onlardan uzaq durun.
İnsanlar və Quran
İnsanlar Qurana münasibətdə bir neçə qrupa ayrılırlar:
Bəzi insanların Quranla heç bir işi olmaz.
Bəziləri Quranla yalnız səthi və zahiri rabitədə olarlar. Qiraət və təcvid həddində.
Bəziləri isə Quranı həyat kitabı bilir, öz əməl və rəftarlarını ona uyğunlaşdırırlar.
İlahi! Bizi Qurana əməl edənlərdən et.
İnsan və keçmiş
Bəziləri daim keçmişin həsrətini çəkirlər.
Bəziləri bütün diqqətlərini gələcəyə yönəldirlər, eyni zamanda keçmiş üçün təəssüflənirlər.
İnsanlardan bəziləri isə həm ömürlərinin indiki zamanını qənimət bilirlər, həm də gələcəkləri haqda düşünürlər. Aqil insan o kəsdir ki, keçmişdən ibrət alsın, indiki zamanda yaşasın və gələcəyi düşünsün.
Mahmud Əkbər
Dilimizə çevirdi: M. Əhməd
/Haq yolu/