May 23, 2015 15:14 Asia/Baku
  • Dünyanı qarışdıran təriqətlər
    Dünyanı qarışdıran təriqətlər

Tehran Radiosu - Dünyada insanların taleinəhakim kəsilmiş və insanlığın talei iləoynayan kimlərdir? Hansı yollar ilə hökumətləri ələkeçirir və xalqların sərvətlərini qarət edirlər?

Tehran Radiosu - Dünyada insanların taleinəhakim kəsilmiş və insanlığın talei iləoynayan kimlərdir? Hansı yollar ilə hökumətləri ələkeçirir və xalqların sərvətlərini qarət edirlər?

 

Dünyanı idarə edənlərin əsl onlar olduğu deyilir. İnanılmaz dərəcədə sərvətləri və milyonlarla üzvləri var. Dünyanı idarə etdiyi iddia edilən ən sirli təşkilatlar hansılardır? Məqsədləri nədir? Necə yarandılar? Bu sirli təşkilatların rəhbərliyi neçə nəfərdən ibarətdir?
MASONLUQ

"Mason" sözü daş ustası mənasını verir. Başlanğıcda mason lojaları həqiqətən masonlardan, yəni daş ustalarından ibarət idi. Lakin daha sonra səbəbi naməlum şəkildə, daş ustası olmayan bir neçə adam bu lojalara girdi və bu axınla birlikdə yaranan yeni qrupa "Azad və qəbul edilmiş mason" (free mason) deyildi.

MASONLARIN SİRLƏRİ
Masonlar üçün sirr və gizlilik üçün vacib olan simvolizm çox böyük əhəmiyyət daşıyar. Masonluqda simvollar, Masonik qanunları daha yaxşı izah etmək, ritualların ehtiva etdiyi mərhələləri və öyüdləri yaddaşlara daha yaxşı yerləşdirmək bunların uzun ömürlü olmalarını təmin etmək üçün istifadə edilərlər. Masonluqda sirr olaraq xarakterizə edilən şeylərin başında Masonik işarələr, sözlər və işarələrə verilən mənalar gəlir.


"İLLUMİNATİ"
1776-cı ildə Almaniyanın Münhen şəhərində, Adam Weishaupt adlı Kabbalaçı hüquq professoru və Baron von Kniggenin rəhbərliyində qurulan gizli birlikdir.

"İŞIQLANDIRILMIŞ OLANLAR"
İlluminati, "İşıqlanmış Olanlar" mənasını verməkdədir. Birliyin quruluş məqsədi cəhalətlə, təzyiqlə və kilsə qanunlarıyla mübarizə etmək olub. Hər nə qədər əsl məqsəd, işıqlanaraq dini qanunlardan uzaq, azad düşüncəni və Nyutonçu elmin önünü açmaq olsa da, daha sonralar gizli siyasi məqsədlərinin varlığı ortaya çıxdı. İlluminati dünya siyasət tarixinin bəlkə də qısa zaman ərzində ən çox sui-qəsd həyata keçirmiş birliyidir.

KİLSƏYƏ QARŞI YARADILDI
İlluminati təriqətinin quruluş mənşəyi bu şəkildə ifadə edilir: "Kilsənin düşüncə tərzinə və Bibliyaya böyük bir antipatiya bəsləyən Galileo Galiley birlik yaradaraq kilsə qanunları ilə mübarizə aparmaq və parlaq gəncləri, çox ağıllı insanları bünyəsində toplayaraq, onlara azadlığın, azad düşüncənin və işıqlanmanın fəzilətlərini aşılamaq istəyirdi. 1774-cü ildə Mason olan Weishaupt bu əməllərinin Masonluq içərisində var olduğunu görsə də, Masonluğun əməllərinin və fəlsəfəsinin siyasət üzərində qurulduğunu gördükdən sonra yeni birlik yaratmaq qərarını verdi və özü kimi düşünən 11 dostuyla birlikdə 1776-cı ildə İlluminatini yaratdı.

"OPUS DEİ"

Opus Dei 2 oktyabr 1928-ci ildə Madriddə sıravi keşiş olan Jose Maria Escriva da Balaguery Albas tərəfindən yaradılan 79 illik İspan əsilli bir təşkilatdır.

KATOLİKLƏRİN TƏRİQƏTİ
Katolikliyə sadiq, dünyəvi iş və peşə sahiblərini bir yerə yığaraq Papaya Vatikandan kənara dəstək olacaq imkanlı və yaxşı təhsil almış elitar heyəti yaratmaq məqsədi ilə qurulan bu təşkilat, indiki vaxtda Vatikanda ən təsirli dünyəvi təşkilatdır.

PAPA FÖVQƏLADƏ BİR ADAMDIR
Gizli bir təşkilat olan Opus Deninin bütün üzvləri katolik peşə sahiblərindən ibarətdir. Bununla bərabər hər ölkədə də təşkilatdan məsul bir kardinal var. Onlara görə, Papanın şəxsiyyəti, kilsədən də, Papalıq mövqeyindən də üstündür. Papa Tanrı hakimiyyətinin müqəddəs öndəridir. Bu cür mərtəbəyə çata bilən adam da, əlbəttə ki fövqəladə bir şəxsdir. Bu səbəblə Opus Dei, bu cür fövqəladə bir şəxs tərəfindən təmsil olunan Vatikan Dövlətini ucaldar və kilsəni ikinci planda görər.

KÜLLİ MİQDARDA SƏRVƏTLƏRİ VAR
2.8 milyard dollar sərvəti, 15 universiteti, 97 texniki məktəbi, 36 ibtidai təhsil məktəbi olan Opus Dei ilə əlaqədar xeyli mübahisələr yaranmış və mənfi fikirlər səsləndirilmiş, buna baxmayaraq təşkilat hər hansı bir açıqlama verməmişdir.

"QURU BAŞ VƏ SÜMÜKLƏR" TƏRİQƏTİ

Bu təriqət, Nyu Havendəki Yale Universitetində 1832-ci ildə William H.Russelin liderliyi ilə yaradıldı.

TƏŞKİLATA GİRMƏK ASAN  DEYİL
Quru Baş və Sümüklər Təriqəti, Yalenin digər gizli təşkilatları (Fərman və Açar, Kitab və İlan, Qurd Başı, Eliyahu və Berzelius) arasında ən yaşlısı və ən etibarlısı hesab edilir. Bu universitetin son kurs tələbələrindən, hər buraxılışdan yalnız 15 seçilmiş şəxs bu təşkilata girə bilər.

HƏDƏF YENİ DÜNYA NİZAMI
Ən böyük hədəfi, Yeni Dünya Nizamının reallaşdırılmasıdır. Təriqətə qatılanlar, "Yeni Dünya Nizamı" ana hədəf seçilərək öyrədilirlər. 1898-ci ilə qədər ABŞ rəhbərliyi üzərində çox az təsiri olan "Quru Baş və Sümük Təriqəti", dünyanın ən zəngin və ən hörmətli insanlarını dünyanın ən əhəmiyyətli vəzifələrinə yerləşdirmək işini uğurla həyata keçirirlər. Yeni Dünya Nizamının ən əhəmiyyətli fikir mərkəzlərindən biri olan "Quru Baş və Sümük Təriqəti", digər masonik təşkilatlara nisbətən ABŞın ən təsirli təşkilatı olduğu da bilinir.

"TRİLATERAL KOMİSSİYASI"

1973-cü ildə David Rockefeller, Henry Kissenger və Zbigniew Brzezinski tərəfindən qurulmus gizli bir təşkilatdır.

TƏRİQƏTİN MƏQSƏDİ
Toxumları ABŞda atılan "Yeni Dünya Nizamı" fikrini bütün dünyaya, yəni Şimal Amerika, Avropa və Yaponiyaya daha yaxşı çatdırmaq üçün yaradılmışdır.

TƏKQÜTBLÜ DÜNYA DÖVLƏTİ QURULUNCA PİRAMİDA BİRLƏŞƏCƏK
1973-1976-cı illər arasında təşkilata Brzezinski başçılıq edib. Təriqətin simvolu bu şəkildədir: Bir kürənin üç yanından üç üçbucaq uzanaraq kürənin ortasına istiqamətlənib, amma birləşməyib. Bunlar birləşdirilərsə bir böyük üçbucaq yaranar. Hər bir üçbucaq trilateralın üç bölgəsinə işarədir. Üçbucaqlar ehtimalla piramidanı işarələməkdədir. Böyük üçbucaq da böyük piramidadır. Böyük piramidanın birləşməmiş olması, təkqütblü dünyanın hələ qurulmadığını göstərir.

 
1872-ci ildə qurulmuş bir təşkilatdır. ABŞın qərb bölgəsindəki elitalar bu birliyin üzvüdür. Respublikaçı prezident və namizədlərin hamısı bu birliyin üzvüdür.

HƏR ƏYALƏTDƏ MƏBƏDLƏRİ VAR
Fəaliyətləri son dərəcə gizli olan birliyin xüsusi ərazisinə girişə ABŞ təhlükəsizlik qüvvələri tərəfindən maneə törədilir. Mərkəzdəki villa eyni anda yüzlərlə adamın həftə sonu yığıncaqlarına qatıla biləcəyi xüsusiyyətdədir. ABŞın hər əyalətində məbədləri var. Simvolları bayquşdur. Rituallarda bayquşa xitab edilər və bir simvol olaraq bayquş motivi istifadə edilər.

YÜKSƏK ÇİNLİ ZƏNGİN ÜZVLƏRİ VAR
Bohemian Grove həm çox zəngin, həm də yüksək çinli elitaların təşkil etdiyi çox gizli və seçmə kulubdur. Minə yaxın ABŞ elitası davamlı olaraq həftə sonu Kaliforniyada və ya digər ştatlardalkı bağ evində mərasimlər keçirir və gizli rituallar tətbiq edirlər.

Teqlər