Gızıl Gül - (Audio)
İranlı rejissor Məcid Məcidinin rejissorluq etdiyi Həzrət Məhəmməd(s) filmi
İranlı rejissor Məcid Məcidinin ən mühüm əsəri sayılan Məhəmməd Rəsulallah (s) ünvanlı filmi Avqust ayında ekran edilərək ümum xalq tərəfindən geniş qarşılandı. Film dastanı İslam Peyğəmbərinin peyğəmbərliyə seçilməsindən 10 il sonra başlanır və flaşbəklə Həzrət Məhəmmədin təvəllüdü və uşaqlıq dövrünə şahid oluruq.
570-ci milad ili yaxud Ammulfil yəni Fil ilində həbəşə goşunu sərkərdəsi Əbrəhə bu ölkə kralının əmri ilə Kəbəni viran etmək üçün Məkkəyə qoşun çəkir. Məkkənin yaxınlığında fillər dayanıb hərəkət etmir, Əbabil adında quşlar Əbrəhə qoşunun başına kiçik daşlar yağdırır və onların hamısını məhv edirlər. Bu mühüm tarixi hadisədədn az sonra Həzrət Məhəmməd (s) Məkkədə dünyaya göz açır...