Dek 26, 2016 17:41 Asia/Baku
  • XXII

İranın elektronika və kompüter sənayesinin məhsulları və xidmətləri sahəsində ən böyük ticarət addımı olan Elecomp sərgisi öz işinə yekun vurub.

Səhər Azəri televiziyası müxbirinin məlumatına görə, 600 yerli və xarici şirkətin iştirakı ilə keçirilən bu sərgidə bu sənayenin son nailiyyətləri, o cümlədən sistem və proqramlar maraqlananlara təqdim olunub.18 ölkənin bu sərgidə iştirakı müzakirə üçün əvəzsiz fürsəti iştirakçılara təqdim edirdi.

Tehran Elektronika Ticarət Sərgisinin əsas məqsədi, İranın beynəlxalq ticarət potensiallarının genişləndirilməsi, dünya bazarında İranın rəqabət aparmasına şəraitin yaradılmasıdır. Bu məqsəd yalnız beynəlxalq rəqabətlə, istehsal keyfiyyətinin səviyyəsinin yüksəldilməsi ilə və yeni və modern texnologiyalardan istifadə ilə mümkün olur.

Sərgidə iştirak edən bir şirkətin yetkilisi deyib: Bizim toplumuz elm təməllidir və ölkədə video-çarxların yüklənməsi sahəsində fəaliyyət göstərir. İnternetdə videoların yayımının çoxlu problemləri vardır. Hazırda bizim bölməmiz bu sahədə çox yaxşı uğurlar əldə etmişdir. Misal üçün göstərə biləcəyimiz ən önəmli məhsullardan biri LİVE STREEM-dir. Hazırda online konsertlər olaraq istifadəçilərə xidmətlər təqdim edir.

Başqa bir şirkətin yetkilisi isə belə deyib: Biz ölkədə virtual təlim sahəsində fəaliyyət göstəririk. Belə sərgilərin keçirilməsindən çox razıyıq.

Daha bir şirkətin nümayəndəsi belə deyib: Ödəmələrin yaxşılaşdırılması və səyyar ödəmələr sahəsində fəaliyyət göstəririk. 11 ildən çoxdur ki, fəaliyyət göstəririk. Satış obyektlərində, mənzillərdə kiçik ödəmə avadanlığı, avtomat bank və mobil ödəmə avadanlığı bizim yeni ödəmə vasitələrimizdir.

Teqlər