İran elmi inkişaf sıçrayışı cəhətdən dünyanın birinci ölkəsidir
İranın elmlər, tədqiqat və texnologiya naziri deyib: Son statistikalara görə, İran elmi inkişaf sıçrayışı cəhətdən dünyanın birinci ölkəsidir.
IRNA-nın məlumatına görə, Məhəmməd Fərhadi bu gün İranın Həmədan şəhərindəki Bu Əli Sina Universitetinin Elmi Konfranslar Mərkəzinin icra əməliyyatının başlanmasının kənarında əlavə edib: İran ardıcıl elmi inkişafa malik olan 25 ölkə ilə rəqabətdə 14 faizlik elmi inkişaf sürətilə öndə gedir.
O, söyləyib: İrandan sonra Rusiya və Çin sonrakı yerlərdə gedirlər.
Fərhadi əlavə edib: Digər sahələrdə, o sıradan innovasiya sahəsində də İran 113-cü yerdən 78-ci yerə yüksəlib və regionda və İslam Dünyasında da öndə gedir.
Bundan öncə də İranın elmlər, tədqiqat və texnologiya nazirinin beynəlxalq məsələlər üzrə əvəzedicisi Hüseyn Salar Amoli İran universitetlərinin dünyanın elmi mərkəzlərilə elmi əməkdaşlıqlarının artmasından xəbər vermişdi.
Salar Amoli həmçinin İranın dünyanın üstün universitetlərilə bir milyon avrodan yuxarı dəyərdə olan 9 universitet layihəsinin icrasına işarə edərək, belə demişdi: İranın ötən ildə ölkə xaricində olan universitet müəllimlərilə müştərək elmi layihələrinin sayı 235 hala çatıbdır.