İki ABŞ esminesi və bir İsrail gəmisinə hücum edildi
https://azeri.sahartv.ir/radio/qərbi_asia-i410801-İki_abŞ_esminesi_və_bir_İsrail_gəmisinə_hücum_edildi
Yəmən ordusu Qırmızı dənizdə iki Amerika esminesi və Hind okeanında bir İsrail gəmisinə pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.
(last modified 2024-04-30T05:34:38+00:00 )
Apr 30, 2024 09:33 Asia/Baku
  • İki ABŞ esminesi və bir İsrail gəmisinə hücum edildi

Yəmən ordusu Qırmızı dənizdə iki Amerika esminesi və Hind okeanında bir İsrail gəmisinə pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.

Təsnim Beynəlxalq Xəbər Agentliyinin məlumatına görə, Yəmən ordusunun sözçüsü Yəhya Səri bu ölkənin silahlı qüvvələrinin Qırmızı dənizdə düşmən hərbi gəmilərinə qarşı əməliyyatlar həyata keçirərək, bir neçə pilotsuz təyyarə ilə iki Amerika esminesini hədəf aldığını bildirib.

Yəmən ordusunun bəyanatında həmçinin deyilir: “Silahlı qüvvələrimiz Qırmızı dənizdə birgə əməliyyat zamanı İsrailə aid bir gəmini də hədəfə alıb”.

Bəyanatda əlavə edilib ki, bu gəminin hədəfə alınması gəmilərin işğal olunmuş Fələstinin limanlarına keçidinə qadağa qoyulması qərarına məhəl qoyulmamasından sonra həyata keçirilib.

Yəmən Silahlı Qüvvələrinin bəyanatında sonra Hind okeanında İsrail gəmisinin bir neçə pilotsuz təyyarə ilə hədəfə alındığı bildirilib.