May 23, 2015 15:18 Asia/Baku
  • Vyana; Nüvə müzakirələrinin yeni turunun başlanğıcı - Təhlil
    Vyana; Nüvə müzakirələrinin yeni turunun başlanğıcı - Təhlil

İranın nüvə müzakirə komandası İran və 5+1 Qrupu arasında nüvə anlaşmasının mətninin tənzimlənməsini davam etdirmək üçün bu gün səhər çərşənbə axşamı günü Vyanaya daxil olub.

İranın nüvə müzakirə komandası İran və 5+1 Qrupu arasında nüvə anlaşmasının mətninin tənzimlənməsini davam etdirmək üçün bu gün səhər çərşənbə axşamı günü Vyanaya daxil olub.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Yekun Müştərək Təşəbbüs Proqramı çərçivəsində nüvə müzakirələrinin yeni turu İran xarici işlər nazirinin müavinləri Abbas İraqçı və Məcid Təxt Rəvançi və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini Helqa Şmitin iştirakı ilə keçirilir.
Bu, yekun anlaşmanın mətninin tənzimlənməsi üzrə keçirilən 3-cü tur iclasdır.
İran və 5+1 Qrupunun nüvə ekspertlərinin Nyu-Yorkdakı öncəki müzakirələri də müxtəlif mətnlər üzərində təxminən 200 saat araşdırılmışdı. Müzakirələrin bu turunun yekunlaşdırılması fonunda qeyd etmək lazımdır ki, İranın nüvə müzakirə komandası tərəfindən elan olunan mövqeyə əsasən, hazırda iki tərəf bir sıra razılaşdırılmış və bəzi hissələri barəsində ixtilafları olan bir mətnə malikdirlər. Və bu mətndə bir sıra məsələlər həll olunmamışdır. İran və 5+1 Qrupunun xarici işlər nazirlərinin müavinləri də cümə günü bu müzakirələrə qatılacaqlar.
İran bu müzakirələrdə öz xoşməramlılığını nümayiş etdirmiş, ciddi funksiya ardıncadır və qarşı tərəfin də həmin həddə öz öhdəliklərini yerinə yetirməsini gözləyir. Bu gözlənti bütün sanksiyaların ləğv olunmasının yazılmasına işarədir. Lakin, İran əleyhinə sanksiyaların bəzisinin BMT Təhlükəsizlik Şurası, bəzisinin ABŞ və bəzisinin də Avropaya aid olduğunu nəzərə aldıqda, sanksiyaların ləğvi prosesinin mürəkkəb iş olduğu anlaşılır. Hər halda İranın mövqeyi bu barədə aydındır və İranın nüvə müzakirə komandasının baş üzvü Seyid Abbas İraqçı bundan öncə bildirib: Anlaşmanın icraya qoyulduğu gün bütün iqtisadi və maliyyyə sanksiyaları ləğv olunmalıdır. ABŞ nüvə ümzakirələrində bu anlaşmanı Konqres və Ağ Ev arasında ixtilaflarla paralel olaraq, eləcə də regional və beynəlxalq səhnədə İranın nüvə proqramı barəsində beynəlxalq səviyyədə nigaranlıqlara son qoymaq üçün proses olaraq izləməyə çalışır.
Buna əsasən ABŞ prezidenti Barak Obama və Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv 6 ölkənin başçısını Kemp Deyvidə dəvət edib ki, həftənin çərşənbə və cümə axşamı günləri ehtimal olunan nüvə anlaşması haqda onların "nigaranlıqları" barəsində danışıqlar aparsın və bu anlaşma barədə onları arxayın etməyə çalışacaq.
Hərçənd ki, Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv bəzi ölkələrin başçıları, o cümlədən kral Salman və kral Qabus bildiriblər ki, bu iclasda iştirak etməyəcəklər və onların elçiləri Amerikaya gedəcəklər. Kemp Deyvid iclası ilə əlaqədar məsələləri kənara qoyduqda, ümumilikdə belə görünür ki, əgər qarşı tərəfin ciddi iradəsi olarsa, iyul ayına qədər anlaşmaya çatmaq mümkündür. Bununla belə hələlik bəlli deyil ki, bu fürsətdən yekun anlaşmaya çatmaq üçün nə qədər istifadə olunacaq. Çünki Amerika Konqresinin ehtimal olunan anlaşma barədə təxribatçılıqlarını nəzərə aldıqda bütün işlər Qərb tərəfinin iradəsi və xoşməramlılığına bağlıdır.

Teqlər