Fev 19, 2016 21:01 Asia/Baku
  • Üzeyir Cəfərov
    Üzeyir Cəfərov

Üzeyir Cəfərov: “Etinasılığımız daha böyük faciələrə yol açır”

 Azərbaycanın ən faciəli tarixlərindən biri də təbii ki, Xocalının işğalı günüdür. Fevral ayının 26 Azərbaycan çox ağır bir xəbərlə açdı. Yaşlı, qadın, uşaq bilmədən Xocalı sakinləri, həmvətənlərimiz amansızcasına qətlə yetirildilər. Bu vaxta qədər bu faciə ilə bağlı heç kəs məsuliyyətə cəlb edilməyib və heç kəs konkert günhakar qismində ittiham edilməyib.

Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov  deyib ki, Xocalı və ondan əvvəl 20 yanvar faciəsini başımıza gətirən cinayətkarlar hələ də azadlıqdadır: “Tariximizə yetərincə diqqət yetirməməyimzlə bağlı çox təəssüf hissi keçirdirəm. Bu tək Xocalı ilə bağlı olan məsələ deyil. Bizim tarix boyunca başımıza faciələr gətirmiş dövlətləri qınamırıq, tanımırıq. Bu gün hərbi prokuror Xanlar Vəliyev qeyd edir ki, Xocalı faciəsinin baş verəcəyi ilə bağlı sabiq prezident Ayaz Mütəllibovun məlumatı olub. Mən təəccüb edirəm ki, vəzifədə oturan şəxslər hər şeyi adı ilə çağırmaqdan nə üçün qorxurlar? Xocalı və ondan əvvəl 20 yanvar faciəsini başımıza gətirən cinayətkarlar hələ də azadlıqdadır. Sanki baş və hərbi prokurorluq gözləyir ki, həmin şəxslər dünyasını dəyişsinlər, daha sonra hərəkətə keçsinlər. Xocalını törədən ən böyük cinayətkar 366-cı motoatıcı alayın komandiri rus zabiti Yuri Zarviqorov olub. Onun da sağ əli bu gün Ermənistanın müdafiə naziri Seyran Ohaniyan olub. Həmin S.Ohaniyandır ki, bu gün də Azərbaycanın tutlmuş ərazilərində tüğyan edir və Azərbaycana aşağlayıcı mesajlar verir. Amma bu gün hərbi prokuror bu iki şəxsin adını nədənsə çəkmir. Bu azərbaycanlılıqdan çox uzaq bir yanaşmadır. Bizim tariximizi belə görəndə düşmənlər də bundan istifadə edirlər. Axı bu şəxslərin axtarışa verilməsinin, ittiham olunmasını nə üçün yubadırlar? Kimi gözləyirlər? Hərbi prokurorluğun işinin adı nədir? Bu münasibət çox təəssüfləndirici bir haldır. Xocalı ilə bağlı yalnız Ayaz Mütəllibovun adı çəkilir. Çünki, o pensiyadadır və eks prezident statusunu alıb. Bu vaxta qədər bir çox hərbi prokuror Xocalı ilə bağlı danışıb, amma heç birisi heç nəyə nail ola bilməyiblər. Bu gedişlə də nail olmayacaqlar. Bu cür etinasılığımız daha böyük faciələrə yol açır”.

Teqlər