Mart 16, 2016 19:47 Asia/Baku
  • “Obamının fikirləri ABŞ-Türkiyə münasibətlərində soyuqluq yarada bilər”

Fikrət Sadıqov: “Obamının fikirləri ABŞ-Türkiyə münasibətlərində soyuqluq yarada bilər”


ABŞ-ın "The Atlantik" həftə jurnalının "Obama doktrinası" başlıqlı xəbərində Barak Obamanın Rəcəb Tayyib Ərdoğanı "avtoritar və məğlub olmuş" kimi səciyyələndirdiyi iddiaları qeyd olunub. Ağ Ev sözçüsü Coş Ernest bir gün əvvəl prezident təyyarəsi "Air Fors One"da təşkil etdiyi mətbuat konfransında bu iddiaları təkzib etməməklə yanaşı, Ərdoğana çox sərt iradlar ünvanlayıb. Ernestdən, ilk olaraq məqalədəki təriflərin prezident Obamanın fikirlərinin düzgün əks etdirib etdirmədiyi soruşulub. Ernest buna birbaşa cavab vermək əvəzinə, Türkiyənin Suriyadakı mövqeyini dəyərləndirib. Sonra qeyd edib ki, ABŞ-da və dünya miqyasında müdafiə edilən ümumbəşəri dəyərlərin Türkiyə hökuməti tərəfindən yetərincə dəstəklənmədiyini hiss edilir. Ümumiyyətlə bir müddətdir ki, ABŞ və Türkiyə arasında soyuq münasibətlərin olması müşahidə olunur. Ekspertlər bu münasibətlərin soyumasının ABŞ-ın kürdlərə verdiyi dəstəkdən qaynaqlandığını qeyd edirlər. Hətta Türkiyənin ABŞ qarşısında konkret şərt qoyması və “Ya PYD, ya Türkiyə” deməsi münasibətlərdə soyuqluq yaradan amilə çevrilib. Bu günlərdə də Obamanın Ərdoğan üçün bəzi fikirlər səsləndirməsi ehtimalları bir az doğrulandı.

 

Mövzu ilə bağlı fikirlərini Deyerler.org-la bölüşərkən politoloq Fikrət Sadıqov deyib ki, son günlər ABŞ-Türkiyə münasibətlərinin o qədər də yolunda getməməsi aşkar şəkildə müşahidə edilir: “Türkiyənin ötən ildən kürdlərlə başladığı qəti mübarizə fonunda bu münasibətlərin soyuması aktivləşdi. ABŞ aşkar şəkildə PYD-yə dəstək verməkdə davam edir və onları müdafiə edəcəyini qeyd edir. Amma Obamanın Ərdoğan üçün “diktator” kəlməsi işlətməyi çox mübahisəli bir mövzudur. Təbii ki, son vaxtlar Ərdoğan Türkiyədə müəyyən qədər sərt addımlar atır. Mediaya qarşı hücumlar, jurnalistlərin həbs edilməsi və s. kimi proseslər ciddi tənqid edilir. Bu addımlar heç də müsbət dəyərləndirilmir. Amma bütün bunlar Ərdoğana “diktator” demək qədər gətirib çıxarda bilməz. Eyni zamanda Obamanın bu fikirlərinin ABŞ-ın xarici siyasətinə ciddi təsirinin olacağını düşünmürəm. Amma təbii ki, bu ifadələr ABŞ-Türkiyə arasında müəyyən soyuqluğa səbəb ola bilər”.

 

/Deyerler.org/

 


Teqlər