Hillari Klinton 9/11 terror aktının qurbanlarına təzminat verəcəyinə söz verdi
Sen 27, 2016 14:21 Asia/Baku
Hillari Klinton 9/11 terror aktının qurbanlarına təzminat verəcəyinə söz verdi
ABŞ prezidentliyinə namizəd Hillari Klinton bəyan edib ki, o, prezident seçiləcəyi təqdirdə, 9/11 terror aktının qurbanlarına təzminat verəcək.
Rusiya KİV-lərinin verdiyi xəbərə görə, bundan əvvəl ABŞ prezidenti Barak Obama bu qanun layihəsini qəbul etməkdən imtina edib. Bu qanun layihəsinə əsasən, Səudiyyə rejimi həmin terror aktının qurbanlarına təzminat ödəməli idi.
Obama qeyd edib ki, bu qanun layihəsi gələcəkdə ABŞ-ın diplomatlarına və hərbçilərinə qarşı da istifadə oluna bilər.
Xatırladaq ki, 9/11 terror aktını törədən terrorçuların 19-dan 11-i Səudiyyə vətəndaşı olub.