Fev 07, 2016 19:24 Asia/Baku
  • Məhəmməd Talıblı: \
    Məhəmməd Talıblı: \"Əhalidə ümumiyyətlə ödəmə qabliyyəti yoxdur\"

Məhəmməd Talıblı: "Əhalidə ümumiyyətlə ödəmə qabliyyəti yoxdur"


Ötən ili sonunda problemli kreditlərin həcmi 1 milyard 508,5 milyon manata çatıb. Bu noyabr ayının sonu ilə müqayisədə 278,9 milyon manat və ya 22,7% çoxdur. Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlər ilk dəfə belə bir nisbətdə artıb. Artımaya devalvasiya böyük təsir göstərib. Dollardakı ödənməyən kreditlər yeni məzənnə ilə hesablandığından artım yaranır.

 

Mövzu ilə bağlı  iqtisadçı ekspert Məhəmməd Talıblı deyib ki, indiki durumda borclanmalar daha da sürətlənəcək: “Ölkədə əhalinin banklara olan borclarının verə bilməmə səbəbləri doğru araşdırlmalıdır. İlk səbəb kimi ölkədə çətinləşən sosial-iqtisadi durumu irəli sürmək olar. Devalvasiya insanların həyatlarına birbaşa təsir edib. Üstәlik ölkədə ciddi ixtisarlar aparılır, iş yerləri bağlanır. Əhalinin gəlirlilik səviyyəsi aşağı düşür.

Bu vəziyyətdə banklar müəyyən prosesləri həyata keçirtməlidilər ki, problemli kreditlərin səviyyəsi azalsın. Amma indiki durumda borclanmalar daha da sürətlənəcək. Bu sahədə ödəmələrin strukutruna diqqət yetirdkə anlmaq olur ki, yaxın vaxtlarda banklara olan borcların verilməsində ciddi problemlər yaranacaq. Belə bir durumda hökumət müəyyən bir addım atdı. Belə ki, banklar ölkəyə konnektor şirkətləri dəvət etdilər və ölkədə olan konnektor şirkətlərlə müqavilə bağladılar.

Ölmüş borcların ödəniləcəyi təqdirdə həmin vəsaitin müəyyən bir hissəsi bu konnektor şirkətlərin hesabına gedir. Beləliklə ölmüş kreditlərin qaytarılması üçün müxtəlif mexanizmlərdən istifadə edirlər. Bu gün konnektor şirkətlərin fayda verməməsinin də səbəbi çox anlaşılandır. Çünki, bu gün problem ödəmə qabliyyəti olan müştərinin ödəmədən imtina etməsi deyil.

Əhalidə ümumiyyətlə ödəmə qabliyyəti yoxdur. Bu gün inzibati yollarla problemli kreditlərin ödənilməsinə nail olmaq olmaz. Onu da anlamaq lazımdır ki, mövcud durum tək bankların problemi deyil. Bu ölkədəki sosial-iqtisadi vəziyyətin yaratdığı böhrandır. Bu durum bankların funksiyasının aradan qalxması ilə nəticələnə bilər”.

 

/Deyerler.org/


Teqlər