Bakıda 5-ci Fars Dili və Ədəbiyyatı Olimpiyadası keçirilib
https://azeri.sahartv.ir/radio/radio_siyasət-i209296-bakıda_5_ci_fars_dili_və_Ədəbiyyatı_olimpiyadası_keçirilib
Olimpiyada iştirakçılarının 65-i ibtidai qalanları isə orta və ali səviyyədə olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2016 13:29 Asia/Baku

Olimpiyada iştirakçılarının 65-i ibtidai qalanları isə orta və ali səviyyədə olub.


İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi İbrahim İbrahimi bu barədə deyib: Bu olimpiyada fars dili tələbələrini tanımaq, onlar ilə əlaqə qurmaq, onları həvəsləndirmək və ümumilikdə fars dili və ədəbiyyatını gücləndirmək və fars dili tədris edilən universitetlər ilə əlaqə yaratmaqdır.


İ.İbrahimi əlavə edib: Hər il bu olimpiyadada iştirak edənlərin sayı, öncəki il ilə müqayisədə daha da artır və bu olimpiyadanın qalibləri Tehran və Təbriz universitetlərində fars dili üzrə təkmilləşdirici kurslarda iştirak edirlər.


Bakı Dövlət Universitetində fars dili və ədəbiyyatı müəllimi olan professor Tofiq Cahangirov qədim ədəbiyyatın mütaliə edilməsi üçün fars dili və ədəbiyyatının öyrənilməsini zəruri adlandırıb və elə bu istiqamətdə bu kimi olimpiyadaların keçirilməsini müsbət dəyərləndirib və deyib: Fars dili və ədəbiyyatı hələ qədim zamanlardan Azərbaycanda bir çox tərəfdara malik olub.


Bakı Dövlət Universitetində fars dili və ədəbiyyatı müəllimi olan Aygün Əlizadə də deyib: Bu olimpiyada ildə bir dəfə Bakıda keçirilir və mənə elə gəlir ki, fars dili və ədəbiyyatının dərindən öyrənilməsində mühüm rola malikdir. Tələbələr bu yolla fars dilini daha yaxşı öyrənməyə həvəslənmiş olurlar.