Avq 27, 2016 14:31 Asia/Baku
  • Üzeyir Cəfərov
    Üzeyir Cəfərov

Üzeyir Cəfərov

ncirlikdəki nüvə başlıqlarının bir qismi Azərbaycana təklif oluna bilər. Türkiyədən çıxarılacaq nüvə başlıqlarının digər regionlara yerləşdiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Nə qədər gözlənilməz hesab olunsa da, Türkiyədən çıxarılacaq nüvə başlıqlarının bir qisminin yerləşdiriləcəyi yeni ünvanlar arasında Azərbaycanın da adı çəkilir. İddialara görə, ölkəmizin adı bu məsələdə Pentaqonun planına daxil edilib. Qeyd edilir ki, Azərbaycanın da geostrateji mövqeyi, Rusiya və İranla sərhəddə yerləşməsi nüvə başlıqlarının yerləşdirilməsinə namizədliyi üçün uyğundur.

Hərbi ekspert Üzeyir Cəfərov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, bu bir ehtimaldır və ehtimal olaraq da qalacaq: “Əslində nəzəri baxımdan heç bir şeyi istisna etmək olmaz. Amma praktiki baxımdan bu qeyri-mümkündür. Bunun reallaşdırılması çox çətin bir prosesdir. İlk olaraq Azərbaycanın qanunlarının proseduruna görə bu məsələnin reallaşması üçün xeyli işlər görülməlidir. Bu addımın atılması qanunvericilik bazasında öz əksini tapmalıdır. Ola bilsin ki, Pentaqon Azərbaycan tərəfinin fikrini öyrənsin. Amma reallaşdırma baxımından çox müşkül məsələdir. Nüvə başlıqlarının Azərbaycanda saxlanılması asan mövzu deyil. Nüvə başlıqlarının etibarlı qorunma, idarəedlmə məsələləri ən ciddi mövzulardandır. Əgər nüvə başlıqları Azərbaycanda yerləşdirilərsə, onlara cavabdehlik daşıyan şəxslər də olmalıdır. Bu baxımdan məlumatın reallığı çox şübhəlidir. Bu sadəcə etimallardan biridir ki, elə ehtimal olaraq da qalacaq. Belə bir qərarın qəbul edilməsinə Azərbaycan rəhbərliyi razılıq verə bilməz. Azərbaycan hal-hazırda ciddi problemlərlə üzüzədir. Digər tərəfdən nüvə başlıqlarının Azərbaycanda yerləşdirilməsi üçün infrastruktur hazırlanmayıb. Qanunvericilik bazasının buna imkan vermədiyini nəzərə alaraq düşünürəm ki, bu, reallaşması mümkün olmayan bir məsələdir. Düşünürəm ki, o başlıqlar Türkiyədə də qalacaq. Son günlər Türkiyə ABŞ arasında olan münasibətlərin gərginləşməsi mövzusu da tədricən arxa plana keçir”.

 

 

Teqlər