Dezinformasiyalara cavab -24+ (Audio)
Yeni Müsavat və Cümhuriyyət qəzetlərində dərc olunmuş anti-iran xəbərlər - Ekspert rəyi + (Audio)
Yeni Müsavat qəzeti İran Azərbaycanı ilə bağlı təxribatının davamında sentyabrın 23-də növbəti məqalə dərc edərək İran dövlətini hədəfə alıb. Qəzet Günye Azərbaycan mövzusu niyə gündəmdən çıxıb? Sərlövhəli məqaləsində yazıb: Son vaxtlar yazılı mətbuatda, mediyada Günye Azərbaycan mövzusunun gündəmdən düşməsi müşahidə olunur. Yalnız iyun ayında İran mətbuatında türklərin təhqir olunması ilə bağlı soydaşlarımızın Güney Azərbaycanın bir çox şəhərlərində keçirdikləri etiraz aksiyaları, prosseslər bir müddət gündəmdə müzakirə edilmişdi. Lakin həmin olaylardan sonra artıq bir müddətdir ki, mətbuat hətta bütövçülük ideyasının daşıyıcısı olan bir sıra qurum və təşkilatlar da nədənsə Güney Azərbaycan mövzusunda maraqlı görünmürlər. Bəs səbəb nədir?
Mövzu ilə bağlı hörmətli şərhçi Rəhmətullah Şərifinin fikirlər ilə audio materialda tanış ola bilərsiniz.
Cümhuriyyət qəzeti 17 sentyabr tarixli məqaləsində aldanmış ilahiyyatçı Elşad Mirinin İran rəhbərliyinin ünvanına sərt ittihamlarını öz səhifəsində dərc edib. Həmin bu şəxs bildirib:Ümumiyyətlər bu il iranlıların həcc ziyarətinə getməməsi onların dövlət səviyyəsində aldıqları qərardır. Bu qəarla vətəndaşlarının kəbəyə getməsini qadağan edirlərsə onun əvəzinə alternativ olaraq başqa yerlərə istiqamətləndirməli idilər...
Mövzu ilə bağlı dini məsələlər eksperti Kərbəlayi Nazimin fikirləri ilə audio materialda tanış ola bilərsiniz.