May 13, 2022 14:55 Asia/Baku
  • Rəsmi Ankara Fransadan konkret addımlar tələb edir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Parisdəki Baş konsulluğuna bomba atılmasına münasibət bildirərkən Fransa dövlətini hücumu təşkil edənlər barədə dərhal müvafiq tədbir görməyə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən,Mövlud Çavuşoğlu qeyd edib ki, rəsmi Ankara bu məsələdə konkret addımlar görmək istəyir: “Fransa səfiri Ankarada olmadığı üçün müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Fransalı diplomata gözləntilərimizi açıq şəkildə bildirdik”, deyə Türkiyə XİN başçısı deyib.

Xatırladaq ki, Türkiyənin Parisdəki Baş konsulluğuna bomba atılıb. Hadisə nəticəsində konsulluğun divarları zədələnib, şüşələr sınıb. Hadisə zamanı zərər çəkən olmayıb.

Hadisəyə görə heç kim məsuliyyəti üzərinə götürməyib.

 

 

Teqlər