İyun 25, 2016 17:11 Asia/Baku
  • “...İlk olaraq ona salavat göndərin. ... O, Əli ibni Əbitalibin (ə) davamçısı olmağı arzu etmişdi”

“...İlk olaraq ona salavat göndərin. ... O, Əli ibni Əbitalibin (ə) davamçısı olmağı arzu etmişdi”

Gecə idi və səhabələr Peyğəmbərin (s) ətrafına toplaşmışdılar. Həzrət (s) bu gecə bunları bəyan etdi: “O gecə ki, məni meraca apardılar, üçüncü səmaya çatan zaman mənim üçün bir minbər qoydular. Mən də minbərin başına keçdim. İbrahim (ə) həmin minbərin bir pillə aşağısında idi və qalan peyğəmbərlər (ə) daha aşağı pillələrdə qərar tuturdular.

Bu zaman Əli ibni Əbitalib (ə) zahir oldu və o, nurdan olan dəvəyə minmişdi. Üzü on dörd günlük ay kimi parlayırdı və ətrafında parlayan ulduza bənzər dəstələr var idi. Bu zaman İbrahim (ə) mənə buyurdu: “Bu, böyük peyğəmbər və ya ali məqamlı mələkdir?”.

Dedim: “O, nə peyğəmbərdir, nə də mələkdir. O, qardaşım, əmim oğlu, kürəkənim və elmimin varisi - Əli ibni Əbitalibdir”.

Soruşdu: “Bəs ətrafında olan bu dəstə kimlərdir?”.

Dedim: “Bu dəstə - Əlinin (ə) davamçılarıdır”.

İbrahim (ə) Allaha ərz etdi: “Pərvərdigara! Məni Əli ibni Əbitalibin (ə) davamçılarından qərar ver!”.

Bu zaman Cəbrayil (ə) nazil oldu və bu ayəni oxudu: “Şübhəsiz o, Bizim mömin bəndələrimizdən idi”. (“Saffat” 81).

Həzrət Peyğəmbər (s) səhabələrinə buyurdu: Nə zaman keçmiş peyğəmbərlərə (ə) salavat göndərsəniz, ilk olaraq mənə salavat göndərin, məgər İbrahim Xəlildən (ə) başqa. İlk ona salavat göndərin”. Soruşdular ki, niyə?

Buyurdu: “Sizə bəyan etdiyim həmin səbəbə görə. O, Əli ibni Əbitalibin (ə) davamçısı olmağı arzu etmişdi”. (İslami saytlara istinadən)

 

/Deyerler.org/

Teqlər