Orta yola keçidi tanıyaq
Orta yola keçidi tanıyaq
Qəlb elə bir xəzinədir ki, xəzinəsi İlahi sevgidir. Ona görə də ona bəzən İlahi sevginin xəzinəsi, bəzən Allah Təalanın evi və bəzən də Allahın hərəmi kimi müraciət edirlər.
Qəblər – Allahın sevgi qabıdır. Qəlb bir qabdır və onun dəyəri bu qabın sahibindən asılıdır. Kumeyl ibn Ziyad deyir: “Əmirəl-möminin Əli ibn Əbitalib (ə) mənim əlimdən tutdu və səhraya tərəf apardı. O zaman ki, səhraya çatdı, dərdli bir ah çəkdi. Buyurdu: “Ey Kumeyl! Bu qəlblər qab kimidir. Onların ən yaxşısı o qabdır ki, daha çox tutuma və qorumaq qüdrətinə malik olar””. Ona görə də qəlblər qaba bənzəyir və bu qabın ən yaxşısı o qabdır ki, tutumu və qorumaq qabiliyyəti böyük olsun. Yəni, bu qəlbə daha çox elm və mərifət sığışa bilsin. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Yer üzündə Allah üçün qablar vardır ki, qəlblərdən ibarətdir”.
Qəlb, Allahın numusudur. Bəzi ariflər qəlbi Allahın numusu adlandırırlar. Qəlb Allahın hərəmi olduğu üçün, bu hərəmə daxil olanların Allahla birbaşa rabitəsi olar. Qəlb, Allahın hərəmi olduğu üçün, bura ancaq Allahı yada salanlar və Allahı zikr edənlər daxil olmalıdır. (Tebyan)
Allahın feyzi bütün sifətləri kimi, sonsuz və naməhduddur. İnsanların bu feyzdən bəhrələnməkləri müxtəlifdir. İlahi rəhmət bütün bəndələrin üzərinə yağış kimi yağar. Ancaq hər kəs bu yağışdan eyni cür bəhrələnə bilmir. Hər bir torpaq bu yağışdan öz istedad və tutumuna əsasən faydalanır. Ona görə də feyzin az olması insanın öz tutumunun naqisliyinə görə olar, yağışın az yağmasına görə deyildir. Yəni, insan qəlbinin bu feyzi qəbul etməyə tutumu olmalıdır, İlahi feyz hamıya eyni miqdarda nazil olur.
İmam Əli (ə) kamil insan haqqında buyurur: “Sol və sağ – yolunu azmaqdır. Orta yol – Allahın müstəqim yoludur ki, Quran və nübuvvət onu tövsiyə edir. Keçid – Peyğəmbər (s) sünnətidir. Hər kəs o tərəfə qayıdacaqdır”.
İmamın (ə) buyurduğu kimi, kamil insan – nübuvvət yolunda irəliləyən insandır və bu insan Sirat yolunu tanıyır və bilir ki, Sirat yolunun keçidi, Peyğəmbər (s) sünnətindən keçir. Ona görə də kamil insan olmaq üçün qəlbin nurani olmalı və sünnətin ardıcılı olmalısan. Çünki insan ancaq Məsumlara (ə) iqtida edərək sonsuz hədəfinə çata bilər. Yəni, həm zahirdə iqtida etməlidir, həm də batini nurani olmalıdır.
İnsan bədəninin ən şərəfli yeri – onun qəlbidir. Ona görə də insan Qiyamət günü qəlbinin keyfiyyətinə əsasən həşr olacaqdır. Qiyamət günü qəlbinin keyfiyyətinə əsasən məhşur olacaqdır. Əgər qəlb kamil insana tabe olarsa, Qiyamət günü qiyafəsi insan cildində olacaqdır. Əgər dünya nemətlərinə tabe olarsa, qiyafəsi də ona uyğun olacaqdır.