Hindistan Camu və Kəşmirdə komendant saatı qaydalarından geri çəkilib
https://azeri.sahartv.ir/tv/baŞlanĞic_vİdeolar_s-i346473-hindistan_camu_və_kəşmirdə_komendant_saatı_qaydalarından_geri_çəkilib
Camu və Kəşmir bölgəsinin icra başçısı bu bölgədəki komendant saatı qaydalarının yüngülləşdirilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2019 18:34 Asia/Baku

Camu və Kəşmir bölgəsinin icra başçısı bu bölgədəki komendant saatı qaydalarının yüngülləşdirilməsindən xəbər verib.

Satia Pal Malik deyib: Camu və Kəşmir bölgəsinin bəzi məhdudiyyətləri, o cümlədən komendant saatı qaydaları sabahdan yüngülləşdiriləcəkdir.

Camu və Kəşmir bölgəsinin icra başçısı həmçinin deyib: Qarşıdakı bir həftə ərzində Camu və Kəşmir bölgəsində təhlükəsizlik durumunun yaxşılaşması ilə tədricən rabitə xətləri qoşulacaqdır.

Hindistan hökuməti avqustun 4-də Camu və Kəşmir bölgəsinə on minlərlə hərbi qüvvə göndərərək, bu müsəlmansakinli məntəqənin dünyanın digər nöqtələrilə əlaqəsini tam şəkildə kəsdi ki, bu da kəşmirlilərin və dünya ictimaiyyətinin etirazlarına səbəb oldu.