Pentaqon: "Hücumdan bir həftə sonra yaralılar barədə məlumat aldıq"
https://azeri.sahartv.ir/tv/baŞlanĞic_vİdeolar_s-i356258-pentaqon_hücumdan_bir_həftə_sonra_yaralılar_barədə_məlumat_aldıq
ABŞ Müdafiə Nazirliyinin sözçüsü iddia edib ki, İranın İraqda yerləşən Eynül-Əsəd bazasına raket hücumundan bir həftə sonra Pentaqon bu qrup hərbçinin yaralanmasından xəbərdar olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 18, 2020 19:28 Asia/Baku
  • Pentaqon:

ABŞ Müdafiə Nazirliyinin sözçüsü iddia edib ki, İranın İraqda yerləşən Eynül-Əsəd bazasına raket hücumundan bir həftə sonra Pentaqon bu qrup hərbçinin yaralanmasından xəbərdar olub.

Əl-Cəzirə telekanalının məlumatına görə, Pentaqonun sözçüsü Conatan Hoffman İranın ABŞ-ın İraqdakı iki hərbi bazasına raket hücumu nəticəsində yaranmış xəsarətləri və ziyanları gizlətmək səylərini inkar edib və deyib: " Vaşinqtondakı hərbi komandirlər onbir 11  yaralı hərbçinin İraqdan çıxarılması xəbərini cümə axşamı günü alıblar və ABŞ-ın müdafiə naziri Mark Esper bir-nəçə saat ondan sonra bu məlumatı yayıbdır".

Əl-Monitor jurnalı da Pentaqonun baş sözçüsünə istindla yazıb: " ABŞ Ordusu Baş Qərargah rəisinin müavini general Con Hayten M.Esperə hesabat vermək üçün nəzərdə tutulan iclası ləğv etdikdən sonra müdafiə naziri İranın raket hücumu nəticəsində ehtimal olunan yaralılar barədə məlumatlandırıləb.

ABŞ-ın 11 yaralı əsgərindən 8 nəfəri Almaniyanın "Landştul" şəhərində yerləşən hərbi hospitala, qalanı isə Küveytin "Arifcan" düşərgəsinə aprılıblar.

Haffmanın dediyinə görə, Mark Esper belə bir məlumat alıbdır ki, ABŞ-ın Mərkəzi Komandanlığının(CENTCOM) rəisi 11 yaralı hərbçinin müalicə olunmaq və beyin travmasının yoxlanılması məqsədilə Eynül-Əsəd bazasından köçürülməsi ilə bağlı raport göndərib.

Pentaqonun baş sözçüsü, həmçinin Tramp hökumətinin raket hücumu nəticəsində yaralanalar məsələsini əhəmiyyətsiz göstərməyə cəhd etməsi barədə sualın cavabında deyib: " Xəsarət alanların problemini  bir növ qeyri-müəyyən siyasi proqram üçün əhəmiyyətsiz göstərmək cəhdinə dair  baxışın olması dövlətdə misli görünməmiş məsələdir".