Fev 09, 2020 15:10 Asia/Baku
  • Azərbaycan R. MM-ə 6-cı növbədənkənar seçkilər keçirilir
    Azərbaycan R. MM-ə 6-cı növbədənkənar seçkilər keçirilir

Bu gün Azərbaycan Respublikası Milli Məclisinə altıncı növbədənkənar seçkilər keçirilir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri deyib ki, bu seçkilərdə 1314 namizəd rəqabət aparacaqdır.

Məzahir Pənahov dünən seçkilər üzrə mətbuat konfransında Azərbaycan Respublikasında səsvermə hüququna malik olanların sayını 5 milyon 329 min 460 nəfər elan edib.

Pənahovun sözlərinə görə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında seçkilərin keçirilmə tərzinə nəzarət üçün 89 min 676 yerli nəzarətçi, eləcə də 58 ölkə və 59 beynəlxalq orqandan 883 beynəlxalq nəzarətçi nəzərdə tutulub.

O, sonra deyib: Həmçinin Azərbaycan Respublikası Milli Məclisinə altıncı növbədənkənar seçkiləri işıqlandırmaq üçün 132 beynəlxalq mediadan 199 nümayəndə iştirak edir.

Teqlər