Almaniyada Avtomobillə hücum qurbanlarının sayı artıb
https://azeri.sahartv.ir/tv/baŞlanĞic_vİdeolar_s-i358322-almaniyada_avtomobillə_hücum_qurbanlarının_sayı_artıb
Almaniyada şənlik mərasimi zamanı avtomobillə hücum hadisəsi qurbanlarının sayı 50 nəfərə çatıb. Bundan əvvəl ölənlərin sayı 10 nəfər elan olunmuşdu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2020 20:04 Asia/Baku
  • Almaniyada Avtomobillə hücum qurbanlarının sayı artıb
    Almaniyada Avtomobillə hücum qurbanlarının sayı artıb

Almaniyada şənlik mərasimi zamanı avtomobillə hücum hadisəsi qurbanlarının sayı 50 nəfərə çatıb. Bundan əvvəl ölənlərin sayı 10 nəfər elan olunmuşdu.

"TRT" xəbər portalının Almaniyanın təhlükəsizlik qüvvələrinə istinadla verdiyi məlumata əsasən, Volkmarsen şəhərində şənlik mərasimində qəsdən törədilən avtomobil qəzasında ölənlərin sayı 18-i uşaq olmaqla 52 nəfər elan edilib.

Ən azı 10 yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Almaniya polisi 29 yaşlı sürücünün elə ilkin saatlarda yaxalanmasına baxmayaraq, hələ ki, bu hücumu törətməkdən məqsədinin nə olması ilə bağlı məlumat verməyib.

Hadisə şahidlərin dediklərinə görə, hücumçu avtomobilini ən yüksək sürətlə uşaqların toplaşdığı yerə tərəf sürüb.

Almaniyada həmçinin, bir nəfər bir həftədən az əvvəl özü də daxil 11 nəfəri güllələyərək öldürüb. Hansı ki, ikinci dünya müharıbəsindən sonra bu ölkədə törədilən ən dəhşətli irqçi hadisə hesab olunur.