İtaliya və İngiltərədə koronavirus
https://azeri.sahartv.ir/tv/baŞlanĞic_vİdeolar_s-i359016-İtaliya_və_İngiltərədə_koronavirus
Breksitdən sonra İngiltərə iqtisadiyyatında böhran və İtaliya hökumətinin iri borcları. İndi də koronavirus İngiltərə iqtisadiyyatına və İtaliyanın səhiyyə sisteminə güclü zərbələr endiribdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2020 16:14 Asia/Baku
  • İtaliya və İngiltərədə koronavirus

Breksitdən sonra İngiltərə iqtisadiyyatında böhran və İtaliya hökumətinin iri borcları. İndi də koronavirus İngiltərə iqtisadiyyatına və İtaliyanın səhiyyə sisteminə güclü zərbələr endiribdir.

Breksit yarasından zərər çəkmiş İngiltərə iqtisadiyyatının varlığı indi də koronavirusun həlledici zərbəsinə də tab gətirməlidir.

Avrozonada ən iri aviasiya şirkəti olan İngiltərənin FLAY BE şirkətinin iflasa uğramasını bəzi digər aviasiya və avtomobilqayırma şirkətləri və turizm sənayesi fəallarının iflasa uğramaları dominosu hərəkətinin başlanması hesab etmək olar.

Həftənin son iş günündə London birjasında pay dəyəri təqribən 6500 göstərici azalması ilə daha 3,1 faiz azalıbdır ki, bu da son dörd ildə və breksitə rəydən sonra nadir bir hadisədir.

Koronavirus dünya iqtisadiyyatının əsaslarını titrəfdibdir.

Araşdırmalar göstərir ki, 2008-ci il maliyyə böhranından sonra ötən həftə dünyanın pay bazarları üçün ən piz zaman olub və dünyanın əksər maliyyə bazarları öz dəyərlərinin on faizini itiriblər.

----

İtaliyada koronavirusa yoluxanların sayı beş min nəfər həddinə çatıb və ölənlərin miqdarı da 200 nəfəri ötüb keçibdir. Bu virusun İtaliyada sıçrayışla yayılması bu ölkənin müalicə və səhiyyə sistemini böyük problemlərlə üzləşdiribdir.

Müsahibə:

Koronavirusa yoluxmada şübhəli bilinən şəxslərin çoxsaylı müraciəti və imkan çatızşmazlığına görə, Lodi şəhər xəstəxanasının təcili yardım bölməsi bağlanıb və hazırda xəstələri ətraf şəhərlərdəki xəstəxanalara köçürürük.

Xəstəxanalarda həkim və tibb işçiləri, həmçinin təhlükəsizlik ləvazimatı, xüsusən qoruyucu eynək və maska çatışmazlığı italyan rəsmilərin problemlərindəndir.

İtaliya nazirlər şurası cümə günü gecə koronavirusla mübarizə məqsədilə xəstəxana üzrə mütəxəssis kadrlar, şəfqət işçiləri və həkimlərdən ibarət 20 min işçi qüvvəsinin işə göstərilməsi barədə təcili sərəncamı təsdiq edib.

Belə bir halda, İtaliyanın ədliyyə naziri də məhkəmə orqanlarının bağlanmasından xəbər verib.

İtaliya hökuməti həmçinin xəstəxana çarpıyaları çatışmazlığına görə, karantində və tibbi nəzarətdə saxlanımalı olan şəxslər üçün otelin satın alınması haqda lisenziya veribdir.

Hazırda İtaliyanın on bir şimal şəhərinin, xüsusən Lombardiya əyalətinin karantində olduğu bir halda, İtaliya hökuməti çox təhlükəli adlandırdığı bölgələrin genişlənməsi məsələsini araşdırmaqda olduğunu bildiribdir.