ABŞ ordusu bu ölkə hökumətini süqutdan qurtarmağa çalışır
https://azeri.sahartv.ir/tv/baŞlanĞic_vİdeolar_s-i359466-abŞ_ordusu_bu_ölkə_hökumətini_süqutdan_qurtarmağa_çalışır
Bir ABŞ mediası ifşa edib ki, bu ölkə ordusu hakimiyyətin süqutuna gətirib çıxara biləcək koronavirus böhranından ehtimal üzrə baş verə bilən hadisələr üçün son dərəcə sirli proqramlaşdırma aparmaqdadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 20, 2020 19:19 Asia/Baku

Bir ABŞ mediası ifşa edib ki, bu ölkə ordusu hakimiyyətin süqutuna gətirib çıxara biləcək koronavirus böhranından ehtimal üzrə baş verə bilən hadisələr üçün son dərəcə sirli proqramlaşdırma aparmaqdadır.

"Nyus Uik" jurnalı xəbər verib: Amerika prezidenti Donald Tramp öz COVID-19 testinin neqativ olduğunu desə də belə bir nigarançılıq var ki, Amerikada icra hakimiyyəti, konqres və ali məhkəmə personalının böyük bir hissəsi hər gün miqyası genişlənən koronavirus pandemiyası nəticəsində fəaliyyətdən düşmüş olsun.

Bu həftəlik amerikan nəşr sonra bildirib: Qida çatışmazlığı səbəbindən daxili zorakılıqların baş verməsi ehtimalı daxil olmaqla faciəli ssenarilərin baş verməsi ehtimalından nigarançılıq "hökumətin davamiyyəti" hədəfilə Pentaqon-da olduqca sirli proqramlaşdırmaya bais olubdur.

Nyus-Uik yazıb: Amerika ordusunun proqramlaşdırmasına Vaşinqtonun boşaldılması və dövlət idarəçiliyinin ucqar və karantin altındakı yerlərdə aşağı vəzifəli məmurlara təhvil verilməsi daxildir.

Nyus-Uik əlavə edib: Hakimiyyətin həvalə olunması prosesi "hökumətin davamiyyəti"ni təmin etmək üçün Amerika konstitusiyasının maddələrindən yan keçə və bütün ölkə işlərinin idarəsini hərbi komandoslara tapşıra bilər.

Amerikanın bütün əlli vilayəti koronavirus pandemiyasına mübtəla olub. Ən yeni statistikalara görə, Amerikada bu xəstəlikdən ölənlərin sayı 217, xəstəliyə yoluxanların sayı isə 14366 nəfərə çatıbdır.

ABŞ ORDUSU BU ÖLKƏ DÖVLƏTİNİ XİLAS ETMƏYƏ ÇALIŞIR