ABŞ-ı kəskin iqtisadi durğunluq gözləyir
Amerikada ən iri bankın icraçı müdiri proqnoz edib ki, koronavirus pandemiyasının genişlənməsinin ardınca tezliklə bu ölkə iqtisadiyyatı kəskin iqtisadi durğunluqla üzləşəcək.
«CBS Nyus» telekanalının məlumatına görə, «CP Morqan» bankının icraçı müdiri Ceyms Daymon proqnoz edib ki, bu ölkə tezliklə kəskin iqtisadi durğunluqla qarşılaşacaq.
Daymon deyib: «CP Morqan» özünü qarşıdakı həftələr və aylarda 35%-dək iqtisadi inkişaf azalması ilə üzləşməyə hazırlayır.
Bu amerikan bankın icraçı müdiri sonra deyib: Banklar ehtimal üzrə 2008-ci ildə- beynəlxalq maliyyə böhranı zamanı təcrübə etdikləri hadisəyə oxşar iqtisadi təzyiqlərlə üzləşəcəklər.
Amerikada işsizlik səviyyəsi 14%-ə çata bilər ki, bu da bu ölkədə böyük iqtisadi durğunluq zamanından bəri ən yüksək rəqəm sayılır.
ABŞ-I KƏSKİN İQTİSADİ DURĞUNLUQ GÖZLƏYİR