Aİ-nin koronavirus pandemiyası barədə açıqlaması
https://azeri.sahartv.ir/tv/baŞlanĞic_vİdeolar_s-i360358-aİ_nin_koronavirus_pandemiyası_barədə_açıqlaması
Avropa Birliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Agentliyi bildirib ki, Avropa ölkələri xalqlarından çoxlu sayda insan koronavirusa yoluxub və həyatını itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2020 17:14 Asia/Baku

Avropa Birliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Agentliyi bildirib ki, Avropa ölkələri xalqlarından çoxlu sayda insan koronavirusa yoluxub və həyatını itirib.

Agentliyin məlumatında deyilir ki, Belçika, Fransa, İtaliya, Malta, İspaniya, İsveçrə və İngiltərədəki ölüm halları proqnozlar və gözləntilərdən yuxarı olubdur.

Avropa Birliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Agentliyinin direktoru Andre Ammon da bildiribdir ki, regionda mövcud olan faktlara və hazırkı vəziyyətə əsasən, koronavirusun ardıcıl surətdə yayılmasını proqnoz etmək olar.

Koronavirusun Avropa Birliyində yayılmasının ardınca bir çox Avropa ölkəsi son həftələrdə karantin şəraitinə keçibdir.

İndiyədək bütün dünyada bir milyon 518 min 773 nəfər koronavirusa yoluxub və 88 min 505 nəfər həyatını itiribdir.

Aİ-NİN COVID-19 BARƏDƏ AÇIQLAMASI