münaqişəsinin həllindən tutmuş, koronavirusla mübarizəyə qədər
Erməni saytı bildirir ki, Nikol Paşinyan hakimiyyətdə qalmağa davam edərsə, həm özünü, həm də ölkəni məhv edəcək. Buna görə Paşinyan və onun komandasının hakimiyyətdən getməsi siyasi qüvvələrin gündəmində olmalıdır.
Ermənistanın “Aysor.am” saytında dərc olunmiuş məqalədə deyilir: “Ermənistanda iki il ərzində Paşinyanın ailəsinin və bir qrup dövlət məmurunun rifahının yaxşılaşması istisna olmaqla, ölkənin bütün sahələrində uğursuzluqlar qeydə alınıb. İqtisadiyyatdan tutmuş, xarici siyasətə, Dağlıq Qarabağ münaqişəsinin həllindən tutmuş, koronavirusla mübarizəyə qədər problemlər mövcuddur.
Sayt qeyd edir ki, Qarabağ məsələsi barədə danışmağa ehtiyac qalmır, çünki danışıqlar masasında sənədin olması səbəbindən Paşinyanın böyük yalanı üzə çıxdı. Əslində, Nikol Paşinyan gizli danışıqlar zamanı Dağlıq Qarabağ məsələsində güzəştə getməyə razılıq verib.
ERMƏNİSTAN MÜXALİFƏTİ PAŞİNYANA MEYDAN OXUDU