Floydun ölümündən sonra ABŞ prezidenti Donald Trampın iğtişaşlarla
https://azeri.sahartv.ir/tv/baŞlanĞic_vİdeolar_s-i362620-floydun_ölümündən_sonra_abŞ_prezidenti_donald_trampın_iğtişaşlarla
Qaradərili Corc Floydun ölümündən sonra ABŞ prezidenti Donald Trampın iğtişaşlarla əlaqədar qubernatorlarla görüşünün səs yazısı mətbuata sızıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyun 02, 2020 16:10 Asia/Baku

Qaradərili Corc Floydun ölümündən sonra ABŞ prezidenti Donald Trampın iğtişaşlarla əlaqədar qubernatorlarla görüşünün səs yazısı mətbuata sızıb.

SəhərAzəri Teleqraf.com-a istinadla xəbər verir, səsyazısında qubernatorları zəif olmaqda günahlandıran Tramp nümayişçilərə qarşı daha sərt olmalarını tələb edib.

ABŞ mətbuatının yazdığına görə, Tramp qubernatorları zəif davranmaqda günahlandırıb: "Hadisələrdə dominant tərəf olmalısınız, yoxsa vaxtınızı boş yerə sərf edəcəksiniz. Aksiyaları dayandırmasanız, daha da pis olacaq. İnsanları həbs etməli, hərəkətlərini izləməli, 10 il həbsxanaya salmalısınız. Əgər belə etsəniz, heç bir zaman bu cür vəziyyəti yaşamayacaqsınız".

Bundan əlavə paytaxt Vaşinqtonda Corc Floydun öldürülməsindən sonra başlayan etiraz aksiyaları ilə əlaqədar 2 günlük komendant saatı elan edilib.