Avropanın ən böyük bankı böhran yaşayır
https://azeri.sahartv.ir/tv/baŞlanĞic_vİdeolar_s-i357986-avropanın_ən_böyük_bankı_böhran_yaşayır
Avropanın ən böyük bankı olan Britaniyanın "HSBC" bankı öz işçilərindən 15 faizinin yəni 35 min nəfərin ixtisar edilməsi qərarına gəlib. Bu bank dünyanın yeddinci ən böyük bankıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 19, 2020 19:48 Asia/Baku
  • Avropanın ən böyük bankı böhran yaşayır
    Avropanın ən böyük bankı böhran yaşayır

Avropanın ən böyük bankı olan Britaniyanın "HSBC" bankı öz işçilərindən 15 faizinin yəni 35 min nəfərin ixtisar edilməsi qərarına gəlib. Bu bank dünyanın yeddinci ən böyük bankıdır.

Avropanın ən böyük bankı olan Britaniyadakı “HSBC” bankı işçilərinin 15 faizi yəni 35 min nəfərini işdən çıxarır. 64 ölkədə fəaliyyət göstərən dünyanın yeddinci ən böyük bankı ardıcıl olaraq, üçüncü ildir ki, faiz dərəcələrinin azalması ilə üzləşir. Mərkəzi ofisi Londonda yerləşən bu bankın keçən ilki gəliri 13,5 milyard dollar elan edildi ki, 2018-ci illə müqayisədə 7 milyard dollar azalma deməkdir.

Britaniyada 40 min nəfəri işlə təmin edən “HSBC” bankı fəaliyyət mərkəzini Avropadan Asiyaya köçürəcəyini bildirib və hazırda bu işçi qüvvəsinin ixtisar edilməsi xəbəri Britaniyada narahatlıqları artırıb

M.M: Bazarda mövcüd olan bu destabillik müvəqqəti də ola bilər, yaxud nisbi sabitliyə çatmaq üçün illərlə vaxt da lazım ola bilər. Ekspertlərin fikrincə Britaniyanın Avropa İttifaqından ayrılması banklara şirkətlərdən daha çox ziyan vurub.

Dünyada iqtisadi artımın azalması, ABŞ və Çin arsında iqtisadi müharibə və Britaniyanın Avropa İttifaqından çıxması Avropanın ən böyük bankı olan “HSBC”-nin  gəlirlərinin azalmasının əsas amillərindəndir.