Malayziyada siyasi dəyişikliklər...
https://azeri.sahartv.ir/tv/baŞlanĞic_vİdeolar_s-i358258-malayziyada_siyasi_dəyişikliklər...
Malayziyanın baş naziri Mahatir Muhəmməd təqribən iki il baş nazir olduqdan sonra bu gün qəflətən öz istefasını bu ölkənin kralına təqdim etdi və onun partiyası hökumət koalisiyasından çıxdı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2020 20:50 Asia/Baku

Malayziyanın baş naziri Mahatir Muhəmməd təqribən iki il baş nazir olduqdan sonra bu gün qəflətən öz istefasını bu ölkənin kralına təqdim etdi və onun partiyası hökumət koalisiyasından çıxdı.

“Cakarta Post” bu haqda yazıb: Mahatirin partiyası və tərəfdarlarının onu himayəyə təkid etdikləri bir halda, Ənvər İbrahimin rəhbərlik etdiyi “Xalq Ədaləti” partiyasına dəstək verən bir sıra digər parlament üzvü bir qrup müstəqil qanunvericinin də iştirak etdiyi bir qurum yaradaraq, Ənvər İbrahimi Mahatirin yerinə, Malayziyanın gələcək baş naziri kimi təqdim etmək istəyir.

Mahatirin baş nazirliyinin ikinci dövrü 2018-ci ilin mayında başlandı. Mahatir Muhəmməd birinci dövrdə 1981-ci ildən 2003-cü ilədək Malayziyanın baş naziri olub və o, bu ölkədə ən uzun baş nazirlik dövrünə malik olan bir şəxs kimi yad edilir.