İspaniyada fermerlərin aksiyası
Fev 26, 2020 19:05 Asia/Baku
İspaniyada fermerlər kənd təsərrüafatı sektorundakı böhrana və öz məhsullarının qiymətinin aşağı olmasına etiraz olaraq, aksiya keçiriblər.
Bir çox fermer öz traktoru ilə küçələrə çıxıb. Fermerlər həmçinin Mərakeşdən kənd təsərrüfatı məhsullarını daşıyan bir yük maşınına hücum edib və onun yükünü yerə töküblər. Onlar ədalətsiz rəqabətlə mübarizə üçün tədbirlərin görülməsini tələb edirlər.