Öldürülmüş Türkiyə əsgərləri terrorçuların sırasında olublar
https://azeri.sahartv.ir/tv/baŞlanĞic_vİdeolar_s-i358443-Öldürülmüş_türkiyə_əsgərləri_terrorçuların_sırasında_olublar
Rusiyanın müdafiə nazirliyi bildirib ki, Ankara öz hərbçilərinin İdlibdə olmaları barədə Moskvaya məlumat verməmişdi. Nazirlik rus qırıcıların Türkiyə hərbçilərinə hücumuna dair xəbərləri rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2020 17:48 Asia/Baku
  • Öldürülmüş Türkiyə əsgərləri terrorçuların sırasında olublar
    Öldürülmüş Türkiyə əsgərləri terrorçuların sırasında olublar

Rusiyanın müdafiə nazirliyi bildirib ki, Ankara öz hərbçilərinin İdlibdə olmaları barədə Moskvaya məlumat verməmişdi. Nazirlik rus qırıcıların Türkiyə hərbçilərinə hücumuna dair xəbərləri rədd edib.

Rusiyanın müdafiə nazirliyi bu gün bildirib ki, silahlı və terrorçu qruplar dünən İdlibdə Suriya ordusunun mövqelərinə qarşı ağır hücumlar həyata keçirib və onların müdafiə xətlərini yarmağa çalışıblar.

Moskva Suriya ordusuna hücum edən ünsürlərə qarşı hava hücumlarında Türkiyə hərbçilərinin ölmələri və yaralanmaları barədə belə izahat verib: Ankara öz hərbçilərinin İdlibdə olmaları barədə bizə məlumat verməmişdi. Türkiyə hərbçiləri dünən İdlibə qarşı aviazərbələrdə hədəfə alınan silahlı ünsürlər arasında olublar.

Bu əsasda Rusiyanın müdafiə nazirliyi bildirib ki, bu ölkənin qırıcıları İdlibdə Türkiyə hərbçilərinə hücum etməyiblər. Nazirlik vurğulayıb: Rusiya Türkiyə hərbçilərinin ölmələrindən xəbər tutandan sonra İdlibdə atəşkəsin bərqərarı üçün əlindən gələni etdi.

Rusiya dumasının beynəlxalq komissiyasının birinci sədr müavini Vladimir Cabbarov bu gün deyib: Türkiyənin hərəkətləri İdlibin terrorçuların bazasına çevrilməsinə bais olubdur.

Rusiya dəniz donanmasının komandanlığı bildiribdir ki, kruz raketləri ilə təchiz olunmuş iki hərbi gəmisini Bosfor boğazından Suriya sahilinə göndərib.

Əlməyadin telekanalı bu gün xəbər verib ki, İdlib vilayətinin ətrafındakı Cəbəl-əl-Zaviyyə bölgəsində yerləşən Əlbərə kəndinin yaxınlığında həyata keçirilən aviazərbədə 34 Türkiyə hərbçisi öldürülüb.