Lüksemburqda ümumi nəqliyyat pulsuz xidmət verir
https://azeri.sahartv.ir/tv/baŞlanĞic_vİdeolar_s-i358616-lüksemburqda_ümumi_nəqliyyat_pulsuz_xidmət_verir
Lüksamburq dövləti nəqliyyatın sıxlığı və havanın çirklənməsi ilə mübarizə eləcə də aztəminatlılara dəstək məqsədi ilə qatarlar, elektrik vaqonları və avtobuslardan istifadəni pulsuz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2020 19:36 Asia/Baku
  • Lüksemburqda ümumi nəqliyyat pulsuz xidmət verir
    Lüksemburqda ümumi nəqliyyat pulsuz xidmət verir

Lüksamburq dövləti nəqliyyatın sıxlığı və havanın çirklənməsi ilə mübarizə eləcə də aztəminatlılara dəstək məqsədi ilə qatarlar, elektrik vaqonları və avtobuslardan istifadəni pulsuz edib.

Buna baxmayaraq sərnişinlər birinci dərəcəli ümumi nəqliyyat vasitələrinin xidmətlərindən faydalanmaq üçün illik 660 avro ödəyə bilərlər. 

Lüksamburqun nəqliyyat naziri bu barədə deyib: Az gəlirli insanlar üçün bu çox önəm kəsb edir. Bu qərarın əsas səbəbi keyfiyyətli gediş-gəlişi təmin etmək, kənar səbəbi isə ekoloji problemlərdir. 

Lüksemburq 600 min əhaliyə malikdir amma qonşu Almaniya, Belçika və Fransadan gündəlik 214 min nəfər də bu ölkəyə iş üçün səfər edir. Bu sayda insanın şəxsi avtomobillə Lüksemburqa səfər etməsi nəqliyyatı ağırlaşdırır. Bu ölkədə istixana qazlarının yayılmasında nəqliyyat 50 faizlik rola malikdir. 

LÜKSEMBURQDA ÜMUMİ NƏQLİYYAT PULSUZ XİDMƏT VERİR