ABŞ-da koronavirusdan ölənlərin sayı 12-yə çatıb
Mart 06, 2020 18:48 Asia/Baku
Röyters xəbər verir ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb.
Amerikada koronavirus qurbanlarından on bir nəfər Vaşinqton ştatına, bir nəfər də Kaliforniya ştatına aiddir.
İndiyə kimi Birləşmiş Ştatlarda 158 nəfər bu virusa yoluxub.
Amerikada Donald Tramp hökumətinin koronavirus epidemiyası qarşısındakı fəaliyyəti ilə bağlı nigarançılıqlar artıb və hətta Vaşinqton ştatının qubernatoru KOVİD-19(COVID-19) epidemiyası təhlükəsinə görə, ştatda fövqəladə vəziyyət elan edibdir.
"Trusout"(Truthout) amerikan saytı son zamanlar Amerikada 28 milyon nəfərin sığorta xidmətlərindən məhrum olduğunu bildirərək, bu ölkədə koronavirus epidemiyasını bir tragediya adlandırıbdır.
ABŞ-DA KORONAVİRUSDAN ÖLƏNLƏRİN SAYI 12-YƏ ÇATIB